Xəbər lenti
MSK Seçki Komissiyalarını yenidən formalaşdırdı
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
İclasda MSK-nın 26 və 27 iyul 2016-cı il tarixli iclas protokolları təsdiqlənib. Daha sonra iclasda respublika üzrə 124 dairə seçki komissiyasının tərkibinin yenidən formalaşdırılması haqda qərar qəbul edilib. Bildirilib ki, 90 saylı Ağdaş seçki dairəsinin tərkibi Milli Məclisə keçirilən təkrar seçkilər vaxtı formalaşdırılıb.
İclasda Seçki (referendum) komissiyalarının səsvermənin nəticələrinə dair yekun protokolların hazırlanması qaydası və sayı, Səsvermə bülletenlərinin mətni, forması, sayı və hazırlanması qaydaları, Ümumxalq səsverməsinin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair bildirişlərin mətni, forması, sayı və hazırlanması qaydası ilə bağlı məsələlər müzakirə olunub və qanuna müvafiq olaraq qərar qəbul edilib.
İclasda bildirilib ki, gələn həftədən etibarən bülletenlərin çapına başlanılacaq.
MSK sədri Məzahir Pənahov qeyd edib ki, MSK Azərbaycan Respublikası Konstitusiyası və Konstitusiyaya dəyişikliklərlə bağlı Referendum Aktı layihəsinin müqayisəli təqdimatının əks olunduğu xüsusi broşüralar hazırlayıb. O əlavə edib ki, Konstitusiyaya dəyişikliklərlə bağlı Referendum Aktı layihəsinin müqayisəli təqdimatının ölkə üzrə bütün seçicilərə çatdırılması nəzərdə tutulub: “Bu, seçicilərin Referendum Aktı layihəsi barədə aydın məlumat əldə etmələrinə imkan yaradacaq”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar