Xəbər lenti
Azərbaycan İT şirkəti beynəlxalq tenderin qalibi olub
Azərbaycanın aparıcı İT şirkətlərindən biri olan Neuron Technologies Dünya Bankı tərəfindən maliyyələşdirilən beynəlxalq tenderin qalibi olub.
Bu barədə şirkətdən məlumat verilib.
Şirkət Dünya Bankının "Mərkəzi Asiyada hidrometeoroloji xidmətlərin modernləşdirilməsi" layihəsi çərçivəsində Qırğızıstan Respublikası Fövqəladə Hallar Nazirliyi yanında Hidrometeorologiya Agentliyi tərəfindən keçirilən “Müasir veb resurslar və texnologiyalar vasitəsilə informasiyanın təqdim edilməsi və hidrometeoroloji xidmət proseslərinin avtomatlaşdırılması sisteminin yaradılması” layihəsinin icrasını həyata keçirəcək.
Layihənin icrası bir il ərzində həyata keçiriləcək və növbəti 5 il ərzində Neuron Technologies şirkəti texniki dəstək xidmətlərini təmin edəcək.
Layihə çərçivəsində texniki avadanlıqların təchizi və quraşdırılması, müvafiq proqram təminatının işlənib hazırlanması, Qırğız Hidrometin korporativ veb portalının müvafiq hidrometeoroloji sistemlərlə inteqrasiyası işlərinin yerinə yetirilməsi nəzərdə tutulub.
Dünya Bankı və Qırğızıstan Hidrometeorologiya Agentliyi tərəfindən birgə qiymətləndirilən bu beynəlxalq rəqabətli prosesdə Neuron Technologies şirkətinin təqdim etdiyi tender təklifi digər iddiaçı şirkətlər arasında texniki cəhətdən ən mükəmməl və kommersiya cəhətdən ən münasib olaraq seçilib.
Məlumata görə, şirkətin rəhbəri İsmayıl Ələkbərovun başçılıq etdiyi nümayəndə heyəti cari ilin 11 iyul tarixində Qırğızıstan Respublikası Fövqəladə Hallar Nazirliyi yanında Hidrometeorologiya Agentliyi ilə müqavilənin imzalanması və layihənin icrası prosesinə start verilməsi üçün Bişkek şəhərinə səfər edəcək.
Qeyd edək ki, Neuron Technologies şirkəti proqram təminatı həllərinin işlənib-hazırlanması, sistem inteqrasiyalarının tətbiqi, informasiya-kommunikasiya texnologiyaları infrastrukturunun qurulması üzrə ixtisaslaşıbş
Şirkət iAzərbaycanda və bir sıra xarici ölkələrdə informasiya idarəetmə sistemlərinin, proqram təminatı həllərinin tətbiqi üzrə uğurlu layihələr həyata keçirib. Şirkətin “Made in Azerbaijan” brendi altında xarici ölkələrə ixracının miqyası genişlənməkdədir və Şərqi Avropa, MDB və Mərkəzi Asiya, Yaxın Şərq və Afrika regionları əsas ixrac istiqamətləri olaraq müəyyən edilib.xeberler.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar