Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

KİVDF Müşahidə Şurasının ilk iclasına Əli Həsənov da qatıldı – FOTOLAR

Tarix: 29-06-2017 21:49     Baxış: 3356 A- / A+
KİVDF Müşahidə Şurasının ilk iclasına Əli Həsənov da qatıldı

İyunun 29-da Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının yeni tərkibdə ilk iclası keçirilib.
İclasda Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Fondun icraçı direktoru Vüqar Səfərli və Müşahidə Şurasının yeni təyin olunmuş üzvləri iştirak ediblər.
Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Administrasiyanın İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 13 iyun 2017-ci il tarixli sərəncamı ilə yenidən Fondun icraçı direktoru təyin edilmiş Vüqar Səfərlini təbrik edərək ona fəaliyyətində uğurlar arzulayıb. Ə.Həsənov dövlətimizin başçısının 05 iyun 2017-ci il tarixli sərəncamı ilə təyin edilmiş Fondun Müşahidə Şurasının üzvlərini də təbrik edərək onların Fondun səmərəli fəaliyyətinə layiqli töhfələr verəcəklərinə əminliyini ifadə edib. Fondun icraçı direktorunun və Müşahidə Şurasının yeni üzvlərinin cəmiyyətdə tanındıqlarını və medianın inkişafında mühüm xidmətlərinin olduğunu vurğulayaraq, onların ölkə başçısının yüksək etimadını doğruldacaqlarına inandığını bildirib.
Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi dövlətin mediaya daim yüksək diqqət və qayğı göstərdiyini, bunun əyani nümunəsi olaraq 8 il əvvəl yaradılmış Fondun fəaliyyətini və həyata keçirdiyi layihələri yüksək qiymətləndirib. Ə.Həsənov Fondun fəaliyyətinin ictimaiyyət üçün daim açıq olduğunu, medianın inkişafına xidmət edən bütün qərarların Müşahidə Şurasının iclaslarında şəffaf və kollegial şəkildə qəbul olunduğunu bildirərək ötən illərdə formalaşmış müsbət idarəçilik ənənələrinin bundan sonra da davam etdiriləcəyinə əminliyini ifadə edib.

Əli Həsənov Fondun dövlət büdcəsindən ayrılmış vəsait hesabına ölkədə fikir, söz və məlumat azadlıqlarının inkişafına, mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi və jurnalistlərin sosial müdafiəsinin yaxşılaşdırılmasına xidmət edən çoxsaylı layihələr həyata keçirdiyini diqqətə çatdırıb. Kütləvi informasiya vasitələri əməkdaşlarının mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə yaşayış binalarının inşa edilməsini dünyada analoqu olmayan konstruktiv təcrübə kimi qiymətləndirən Ə.Həsənov 22 iyul – MilliMətbuat Günü münasibətilə daha 255 mənzilin ədalətlivə şəffaf seçim əsasında jurnalistlərin istifadəsinəveriləcəyini diqqətə çatdırıb.
KİVDF Müşahidə Şurasının ilk iclasına Əli Həsənov da qatıldı

Azərbaycan Respublikası Prezidentinin köməkçisi onu da vurğulayıb ki, ölkə rəhbərliyi bundan sonra da medianın inkişafına və problemlərinin həllinə, eləcə də Fondun bu sahədə həyata keçirdiyi layihələrin uğurla reallaşdırılmasına dəstəyini əsirgəməyəcək.
Sonra Fondun Nizamnaməsinə müvafiq olaraqiclasda Müşahidə Şurasının sədri və sədr müavininin seçilməsi ilə bağlı müzakirələr aparılıb. Müşahidə Şurası üzvlərinin yekdil səsverməsi ilə “Xalq qəzeti”nin baş redaktoru Həsən Həsənov Şuranın sədri, “Trend”İnformasiya Agentliyinin baş direktoru İlqar Hüseynov sədr müavini seçilib.
Fondun icraçı direktoru Vüqar Səfərli çıxışında göstərilən yüksək etimada görə öz adından və MüşahidəŞurasının yeni üzvləri adından AzərbaycanRespublikasının Prezidenti cənab İlham Əliyevə dərintəşəkkürünü bildirib. İcraçı direktor göstərilən etimadı doğrultmaq üçün bundan sonra da səylə çalışacaqlarınıqeyd edib. V.Səfərli medianın problemlərinin həllinəhəssas və qayğıkeş münasibətinə görə eyni zamanda Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənova minnətdarlığını bildirib.
Müşahidə Şurasının sədri Həsən Həsənov, şura üzvlərindən İntiqam Hümbətov və Bəhruz Quliyev çıxış edərək göstərilən yüksək etimada görə dövlət başçısına təşəkkürlərini bildirib, Fondun və Müşahidə Şurasının səmərəli fəaliyyəti üçün səylə çalışacaqlarını vurğulayıblar.
İclasda Fondun gələcək fəaliyyət istiqamətləri ətrafında da müzakirələr aparılıb.turkustan.info

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar