Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Şeyxin qudası pivə içən molladan danışdı - Məkkədə “hacı pivəsi” satılır

Tarix: 28-06-2017 21:33     Baxış: 4471 A- / A+
Şeyxin qudası pivə içən molladan danışdı - Məkkədə “hacı pivəsi” satılır


Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin qudası, Milli Məclisin keçmiş deputatı Hacı Qalib Salahzadə Bakıda mollanın pivə içməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Manevr.az xəbər verir ki, Qalib Salahzadə ölkə.az-a açıqlamasında deyib ki, pivə içən adam heç zaman əsl molla ola bilməz:

"Açığı, mən o fotoları görməmişəm. İndi dəqiq bilmirəm ki, o adam doğrudan da molladır, ya yox! Dində də spirtli içki içmək qəbul edilmir”.

Dindarların "hacı pivəsi” adlanan içkiləri içməsinin halal-haram olması məsələsinə də toxunan sabiq deputat qeyd edib ki, hazırda bir çox ölkələrdə, o cümlədən Məkkədə satışda "hacı pivəsi” satılır:


"Mən Həcc ziyarətinə gedən zaman Məkkədə "həci pivəsi” görmüşəm. Bilirəm ki, Səudiyyə Ərəbistanında belə bir içki satışda var. Bu cür içkilər də son illər əmələ gəlib. Əvvəllər belə hallar yox idi. Ancaq mən o içkidən istifadə etməmişəm. Ümumiyyətlə, mən 1990-cu ildən bəri heç zaman spirtli içki qəbul etməmişəm. Bundan sonra da istifadə etməyəcəm. Çünki mən 2 dəfə Kəbə Evinin içərisində olmuşam”.

Xatırladaq ki, Bakıda pivəxanaların birində oturub pivə içən mollanın fotoları çəkilərək sosial şəbəkələrdə yayılıb.

Şeyxin qudası pivə içən molladan danışdı - Məkkədə “hacı pivəsi” satılır



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar