Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Qarabağ erməniləri üçün 220 min dollar toplandı - AMERİKADA...

Tarix: 28-06-2017 13:15     Baxış: 3437 A- / A+
Qarabağ erməniləri üçün 220 min dollar toplandı


ABŞ-da Azərbaycanın işğal altındakı ərazilərinin minalardan təmizlənməsi üçün ermənilərə yardım məqsədilə növbəti dəfə pul yığılmasına başlandı.

Manevr.az moderator.az-a istinadən xəbər verir ki, bu haqda “Armenian Weekly” nəşri yazıb.


Massaçusets ştatının Uinçestgir şəhərində “The HALO Trust” humanitar təşkilatı tərəfindən keçirilmiş xeyriyyə gecəsində 220 min dollar toplanıb. Hərrac təşkilatın həmsədrləri Raffi və Nina Festekcayanların mənzilində keçirilib. Tədbirdə erməni əsilli amerikalı fotoqraf Skaun Tufankcyanın işləri, eləcə də Qarabağ şərabı təqdim olunub. Hərracın sonunda 110 min dollar yığıldığı məlum olub. Lakin Dağlıq Qarabağ ermənilərinə böyük həcmdə yardım göstərən erməniəsilli bir iş adamı eyni məbləğdə vəsait yatırmaqla ümumi məbləği iki dəfə artırıb. O, adının gizli qalmasını istəyib...

P.S. Xatırladaq ki, “Halo Trust” Böyük Britaniyanın xeyriyyə, ABŞ-ın qeyri-kommersiya birgə təşkilatı adı altında fəaliyyət göstərir. Planetimiz üzrə mülki vətəndaşlar üçün təhlükə yarada bilən mina və partlamammış qurğuların zərərsizləşdirilməsi ilə məşğul olduğu bildirilir. Təşkilata Amerika və Britaniyanın istefada olan hərbçiləri rəhbərlik edir. Azərbaycanın işğal altındakı torpaqlarında 2000-ci ildən fəaliyyətə başlamış “Halo Trust”un Qarabağ şöbəsinin ilk rəsmi sponsorları ABŞ Beynəlxalq İnkişaf Agentliyi(USAID) və Böyük Britaniyanın “The Yulia Burke Foundation” təşkilatı olub. Azərbaycan tərəfinin “HALO Trust” təşkilatının qanunsuz olaraq ölkənin işğal altındakı ərazilərində fəaliyyətinə görə dəfələrlə beynəlxalq donorlara və təşkilatlara müraciət etməsinə baxmayaraq təşkilat öz fəaliyyətini davam etdirir. Yalnız 2010-cu ildən rəsmi Bakının etirazlarından sonra Böyük Britaniyanın “Halo Trust”a maliyyə yardımı ayrılmasını dayandırmaq barədə qərarı separatçı erməni rejimini yeni maliyyə mənbələri axtarmağa məcbur edib. Lakin ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Yerevan ofisi təşkilata yardımını davam etdirib və 2014-cü ildə “Halo Trust”ə 5 milyon dollarlıq qrant ayıraraq rəsmən bildirib: “Dağlıq Qarabağda USAID-in maliyyələşdirilməsi ilə minalardan təmizlənmə üzrə proqram davam edir...”. Həmin vaxt “Halo Trust” 2016-cı ilə Dağlıq Qarabağın bütün ərazisi minalardan təmizlənəcəyini vəd etmişdi. Son məlumatlara görə, “Halo Trust”un Qarabağdakı “yeyintiləri”ndən şübhələnən USAİD də maliyyələşdirməni dayandırdığından “yem yerindən” məhrum olan separatçı rejim minaların təmizlənməsi üçün yeni sponsorlar axtarmağa məcbir olub. Bundan sonra “Halo trust” üçün milyon dollar ianə toplanıb. Bu il martın ortalalarında erməni mediasının yaydığı məlumata görə, artıq “Halo Trust”un adı çəkilməyən sponsorları tapılıb. Məlumatda bildirilir ki, anonim sponsor “HALO Trust”a Dağlıq Qarabağda ərazilərin minalardan təmizlənməsi üçün tələb olunan vəsaitin 4 milyon dollarını ödəməyə hazır olduğunu ifadə edib. Dağlıq Qarabağda ərazilərin minalardan təmizlənməsi üçün isə ümumilikdə 8 milyon dollardan çox vəsait tələb olunur.
Qeyd edək ki, Böyük Britaniya parlamentinin Lordlar Palatasının keçmiş vitse-spikeri, qatı ermənipərəst baronessa Kerolayn Koks da “Halo Trust”un işğal edilmiş ərazilərdəki fəaliyyətini himayə edənlərdən biridir. O vəd edib ki, “Halo Trust” üçün yeni maliyyə mənbələrinin tapılmasına çalışacaq...

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar