Xəbər lenti
Hərbi xidmətə çağırışda dəyişiklik - Nazirliyin yeni qərarı ilə...
Təhsil Nazirliyinin yeni qərarı qüvvəyə minib. Bundan sonra universitet tələbələri təhsillərini vaxtından tez bitirib, diplom ala biləcəklər. Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev belə deyib. Onun sözlərinə görə bir tələbə semestr zamanı daha çox fənn götürərsə, universiteti 4 ildən daha tez bitirə biləcək. Bir semestrə, tədrisə tam cəlb olunan (fulltime) tələbəyə 30-a qədər kredit müəyyənləşdirilir. Eyni zamanda bu tələbələrə əlavə fənn imkanı da yaradılacaq.
Maraqlıdır, bu dəyişkiliyin ali təhsil ocağına və ya tələbələrə nə kimi əhəmiyyəti olacaq?
Təhsil eksperti Kamran Əsədov Cebhe.info-ya açıqlamasında deyib ki, bir müddət əvvəl Nazirlər Kabineti tərəfindən “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”na dəyişikliklər edildi:
“Bu dəyişikliklər zəruri idi. Belə ki, ali təhsil müəssisələrinin müstəqilliyinin genişləndirilməsi, ali təhsil sisteminin Avropa Ali Təhsil Məkanına uyğunlaşdırılması və ən əsası tələbələrin təhsilalma imkanlarının genişləndirilməsi istiqamətində mühüm addımlara ehtiyac var idi. Bundan başqa orta məktəbi vaxtından əvvəl bitirmənin mümkünlüyü təhsil haqqında qanunda öz əksini tapsa da ali məktəblərdə bu mexanizm yox idi. Lakin yeni dəyişiklikdən sonra qiyabi təhsilalma formasından fərqli olaraq tədrisə qismən cəlb olunan tələbə ixtisasın tədris planına uyğun, hər semestrdə iki fəndən az olmamaqla, tədris qrafikini özü tərtib edir və fənnə qoyulan bütün tələbləri ödəməlidir.
Həmin dəyişikliyə görə tələbə ali təhsil müəssisəsini tez qurtarmaq imkanı əldə edəcək. Belə ki, tələbə təhsil müddətində 240 kredit toplamalıdır. Bu səbəbdən tələbə tədris qrafikini düzgün tərtib etdiyi halda ali təhsil müəssisəsini 4 ildən tez bitirə bilər. Bu da onun əmək bazarına daha tez daxil olmasına imkan yaradacaq. Əlbəttə ki, bu hal hərbi xidmət haqqında qanunda da dəyişikliklər edilməsini zəruri edir. Çünki, hərbi xidmət haqqında qanunda yəni təhsil alan tələbə dörd il müddətində möhlət hüququna malikdir. Lakin tələbə bu müddəti tez başa vurduqda ordu sıralarına vaxtından tez çağırıla bilər. Dəyişiklilər bir də ali təhsil müəssisələrinin idarə olunması ilə bağlıdır”.
Ekspert deyib ki, son illər ərzində Azərbaycan təhsilinin inkişafı üçün çoxsaylı tədbirlər həyata keçirilir. Lakin bu addımların demək olar ki, hamısı orta məktəb səviyyəsindən yuxarı qalxmır:
“Bu da əlbəttə ki, yaxşı hal deyil. Ona görə də, ali məktəblərlə bağlı islahatların aparılması labüddür. İlk növbədə bu islahatları universitetin idarə olunması ilə başlamaq lazımdır. Çünki hal-hazırda universitetlərin idarə olunması sovetlər dönəmindən qalmış idarəçilik formasından istifadə olunaraq həyata keçirilir. Hesab edirəm ki, yaxın vaxtlarda universitetlərə qəbul imtahanlarının sadələşdirilməsi, idarəçilikdə yeni formaların tətbiqi bu sahədə irəliləməyə doğru mühüm addım olardı. İnanıram ki, yaxın vaxtlarda “Ali təhsil haqqında qanun” layihəsi qəbul ediləcək və bu sahənin inkişafı üçün qanunvericilik bazası olacaq”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar