Xəbər lenti
“O vaxt bir nəfər buna etiraz edirdi” - İlham Əliyev
“Şahdəniz” layihəsi imzalananda bəziləri buna etiraz edirdi. O zaman Heydər Əliyev müşavirə keçirdi, bizi də dəvət etdi. Xoşbəxt Yusifzadə, mən ARDNŞ-in vitse-prezidenti kimi o müşavirədə iştirak etdik. Heydər Əliyev hər birimizə söz verdi ki, doğurdanmı bu sazişi imzalamamalıyıq? Azərbaycan rəhbərliyində bir nəfər "Şahdəniz” layihəsi ilə bağlı müqavilənin imzalanmasına etiraz edirdi. O şəxs də çoxdan Azərbaycandan qaçıb gedib. O etirazın da səbəbi indi bəlli olur. Onun məqsədi Azərbaycana xeyir gətirmək yox, ziyan vurmaq idi.
APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan Prezidenti İlham Əliyev Bakı Dərin Özüllər Zavodunda “Şahdəniz-2” layihəsinin hasilat və dikborular platformasının dayaq blokunun dənizə yola salınması mərasimindən sonra zavod kollektivi ilə görüşdə deyib.
Prezidentin sözlərinə görə, həmin şəxs o vaxt “Şahdəniz” layihəsinin əleyhinə çox böyük kampaniya açıb: "Milli Məclisdə bəzi öyrədilmiş deputatlar, hökumətdə bəziləri bunun əleyhinə çıxmağa başlamışdılar. Heydər Əliyev yaxşı bilirdi ki, “Şahdəniz” layihəsini mütləq imzalamalıyıq. Ancaq Heydər Əliyev məsələni müzakirə etmək üçün bizim hamımızı müşavirəyə dəvət etdi. ARDNŞ-in bütün rəhbərləri, hökumət üzvlərini və Milli Məclis rəhbərliyini dəvət etdi, dedi ki, buyurun, sizin iradınız nədir? “Şahdəniz” layihəsinin əleyhinə heç bir arqument ortaya qoyulmadı. Biz hamımız durub sözümüzü dedik ki, mütləq “Şahdəniz” layihəsi imzalanmalıdır. Çünki bu, Azərbaycan üçün həyati əhəmiyyət daşıyır. Həyat da bunu sübut etdi. O zaman müşavirədə təcrid olunmuş vəziyyətdə qalan fərd - belə desəm, daha düzgün olar - çox məyus oldu və iclası tərk etdi. Bu müşavirədən 2-3 ay sonra Azərbaycandan da həmişəlik getdi. Yəni “Şahdəniz” layihəsinin ərsəyə gəlməsi o qədər də asan olmayıb. O şəxs bu layihənin Azərbaycana xeyir gətirəcəyini başa düşmürdümü? Başa düşürdü, sadəcə, istəmirdi ki, Azərbaycan inkişaf etsin. İstəyirdi ki, vəziyyət pisləşsin, sonra tutduğu vəzifədən də böyük vəzifə əldə etsin. Ancaq “Şahdəniz” layihəsi bu gün göz qabağındadır, 10 minlərlə Azərbaycan vətəndaşı işləyir, əsərlər yaradır. Azərbaycan dünya miqyasında daha da əhəmiyyətli ölkəyə çevrilir. Ölkəyə böyük həcmdə valyuta gəlib və gələcək”.
Prezident İlham Əliyev bildirib ki, “Şahdəniz-2” layihəsinin işə salınması nəticəsində əlavə 16 milyard kubmetr qaz ixrac ediləcək: “Şahdəniz” layihəsi olmasaydı, heç kim “Abşeron”, “Ümid” yatağına sərmayə qoymazdı. Kim 3 min 500 km boru xətti çəkər, kim 45 milyard dollar sərmayə qoyardı? Əgər 1996-cı ildə Azərbaycanın düşmənlərinin, ölkəmizə, dövlətçiliyimizə xəyanət etmiş insanların mövqeləri üstünlük təşkil etsəydi, bunların heç biri olmayacaqdı”.
Qeyd edək ki, “Şahdəniz” layihəsinə qarış çıxan şəxs həmin dövrdə Milli Məclisin sədri olan Rəsul Quliyev olub.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar