Sizin Reklam Burada
Xəbər lenti
25-09-2025
24-09-2025
BÜTÜN XƏBƏRLƏR

Barmaqlarımda bir ümid çırpınır, salam, Aktau - Cavid Fərzəli (şeir)

Tarix: 27-12-2024 10:55     Baxış: 3266 A- / A+

***
Qanım bulanır göy üzünə
Səsim havadan asılır
Əllərim ölümünü gözləyir,
Barmaqlarımda bir ümid çırpınır,
Salam, Aktau

Mənə qucaq açan qollarını
anamdan görmüşəm, anam
Türkistandır.
Yıxılıb kəpənək qanadından
Qaçdım sənə doğru
Dənizin döşündə yatır süd işıqların,
Salam, Aktau

Gərək atlarımızı qanadlandırıb
qalxardıq göy üzünə.
Heç görməzdik balaca
pəncərələrdə ölüm buludunu,
Salam, Aktau

Azadlıq göy üzünü işğal
etməyin adıdırsa,
Mən elə işğalçı olmaq istəyirəm,
Türkistan olmaq istəyirəm
Altay dağlarında,
Uyğur çöllərində,
Salam, Aktau

Cavid Fərzəli

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar