Xəbər lenti
Sentyabrda Qarabağda müharibə başlayacaq? – Astroloq iddialara cavab verdi
Son günlər sosial şəbəkələrdə, bəzi media vasitələrində sentyabrda Qarabağ müharibəsi başlayacağına dair məlumatlar yayılır. Hətta bu məsələni bəzi siyasi analitiklər də istisna etmir.
Qeyd edək ki, bu məsələni ilk dəfə gündəmə ekstrasens Nadim Alixanov gətirmişdi. Belə ki, Nadim Alixanov açıqlamalarının birində sentyabrda müharibənin başlayacağına əmin olduğunu bildirmişdi.
Məsələ ilə bağlı tanınmış astroloq Səbuhi Rəhimli Cebhe.info-ya açıqlama verib. S.Rəhimlinin sözlərinə görə, bu iddianı dəstəkləyən heç bir fakt yoxdur:
“Zaman-zaman bu cür fikirlər səslənib. Ancaq müharibənin başlayacağını demək üçün heç bir əsas yoxdur. Digər tərəfdən də bu cür məsələlərdə deyilənlər heç vaxt təsdiqini tapmır. ABŞ İraqa girmək üçün vaxt vermişdi, ancaq dediyi vaxta deyil, 1 il sonra İraq əməliyyatına başladı. Ümumiyyətlə, sentyabrda müharibə başlayacağı ehtimalı yoxdur. Əgər Azərbaycan tərəfi Ermənistanın torpaqları boşaltmaq üçün vaxt versəydi, bu ehtimalı səsləndirmək olardı. Ancaq indiki şəraitdə müharibə söz-söhbətləri cəfəngiyyatdan başqa bir şey deyil. Cəbhə xəttində ancaq lokal əməliyyatlar ola bilər ki, o da demək olar ki, hər gün olur. Ermənistan ordusunun təxribatlarının qarşısını almaq üçün Azərbaycan tərəfi hər dəfə bu cür əməliyyatlar keçirir. Yəni nə siyasi, nə də astroloji baxımdan sentyabrda müharibə olması ehtimalı var”. Cebhe.info
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar