Sizin Reklam Burada
Xəbər lenti
25-09-2025
24-09-2025
BÜTÜN XƏBƏRLƏR

AZAL-ın qəzaya uğramış təyyarəsinin “qara qutu”su tapıldı

Tarix: 25-12-2024 21:45     Baxış: 4281 A- / A+

“Təyyarə qəzasının səbəbləri ciddi şəkildə araşdırılır. İlkin versiya irəli sürmək və zərərçəkənlərin şəxsiyyətlərin müəyyənləşdirilməsindən danışmaq hələ tezdir”.
Manevr.az xəbər verir ki, bunu Qazaxıstanın baş nazirinin müavini, qəzanı araşdıran komissiyanın rəhbəri Kanat Bozumbayev bu gün keçirilən mətbuat konfransında bildirib.
O deyib ki, hadisənin səbəblərinin araşdırılması üzrə komissiya ərazidə araşdırmaları davam etdirir.
K. Bozumbayev, həmçinin, qəzanın səbəbləri ilə bağlı versiyaların irəli sürülməsinin erkən olduğunu qeyd edib: “Qəza nəticəsində ölənlər arasında bir uşaq var. Hələlik şəxsiyyətlərin müəyyənləşdirilməsi barədə danışmaq tezdir, çünki bu proses bir qədər vaxt aparacaq. Həmin şəxslərin ailə üzvlərinin və yaxınlarının narahatlığını bölüşürük. Onu da başa düşürük ki, həmin şəxslərin qohumları, yaxınları var. İndidən nəsə deyib onların hisslərinə toxunmağı doğru saymırıq".
Mətbuat konfransında çıxış edən Qazaxıstan Nəqliyyat Prokurorluğunun nümayəndəsi bildirib ki, artıq təyyarənin “qara qutu”su tapılıb.apa

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar