Xəbər lenti
Heydər Əliyev və İlham Əliyevin alimləri, yeni texnologiyaları dəyərləndirmə bəyanatları - yeni Elmi Kəşflərə doğru tərəqqi meyarlar
Ukrayna və Azərbaycanın kimya elmləri doktoru, “Kolloid Kimyası” ixtisası üzrə Azərbaycanda yeganə kimya elmləri doktoru, Rusiya Beynəlxalq Mühəndislik Akademiyasının müxbir üzvü, Avropa Təbiət Elmləri Akademiyasının (ATEA) professor və akademiki, bp Azərbaycan şirkətində 20 il müddətində Ekologiya üzrə 8 nəfər yerli alimlərdən ibarət işçi qrupun üzvü və rəhbəri olmuş, 8 kitab (ikisi ingilis dilində), 100-ə yaxın patent müəllifi, son 3 ildə Almaniyada qeydiyyatdan keçmiş ikisi Quran ayələri ilə əlaqəli çoxsaylı Elmi Kəşfləri ilə ixtisası üzrə (nanokolloid kimyası əsasında neft-mədən nanoekotexnologiyaları) dünyada rekord göstəricilərlə uğur qazanan, Azərbaycanın neft sənayesinin inkişafındakı xidmətlərinə görə Prezident İlham Əliyev tərəfindən “Tərəqqi” medalı, görkəmli elmi nəticələrinə görə Almaniyada ATEA prezidenti tərəfindən “Wilhelm Leibniz” və “Alexander von Humboldt” medal və Diplomları ilə təltif edilmiş, Elmi Kəşflərlə bağlı Avropa Təbiət Elmləri Akademiyasının prezidenti tərəfindən mütəmadi olaraq Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə haqqında məlumatlar daxil olan Rahim Abas oğlu Daşdiyevin “Heydər Əliyev və İlham Əliyevin alimləri, yeni texnologiyaları dəyərləndirmə bəyanatları - yeni Elmi Kəşflərə doğru tərəqqi meyarları” mövzusunda aktual silsilədən olan növbəti yazını Manevr.az - ın oxucularına təqdim edirik:
Kəşf – təbiətdə obyektiv mövcud olan, ancaq elmə məlum olmayan qanun, hadisə, qanunauyğunluqların, xassələrin müəyyən edilməsi; təbiət və cəmiyyətin elmi dərketməsində əldə edilən yeni nailiyyətdir. Elmi Kəşflər Elmi-texniki inqilabın tərkib hissəsidir. Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin alimləri, yeni texnologiyaları dəyərləndirmə bəyanatlarının yeni Elmi Kəşflərə doğru tərəqqi meyarları olması: “Hər bir alim qiymətlidir. Ancaq nəzəriyyəni təcrübə ilə birləşdirən, fikirlərini tətbiq edə bilən və onlardan əməli nəticə götürə bilən, cəmiyyətə, ölkəyə, xalqa konkret fayda gətirən insanlar alimlərin sırasında xüsusi yer tuturlar” (Heydər Əliyev).
“Hər şeyi bundan sonra texnologiyalar həll edəcək. Biz həm texnologiyaları gətirib Azərbaycanda tətbiq etməliyik, həm də elə güclü kadr potensialı yaranmalıdır ki, biz özümüz bu texnologiyaların müəllifləri olaq” (İlham Əliyev, 10 may 2023, Ulu Öndərin 100 illik Yubileyi günündə). Heydər Əliyev və İlham Əliyevin alimləri, yeni texnologiyaları dəyərləndirmə bəyanatları inkişafda dialektik vəhdət sinergiyasına malik olmaqla yanaşı, Elmi Kəşflərlə Elmi-Texniki İnqilaba doğru ən zəngin meyarlar baxımından nəinki Azərbaycan, eləcə də dünyanın hər bir dövləti üçün örnək bir modeldir. Elmi Kəşflərə, Elmi-Texniki İnqilaba doğru inkişaf zamanın tələbi, zamanın zərurətidir. Bununla bağlı 30.04.2024-cü il tarixində deputat Fazil Mustafanın “Azərbaycanda 1700-dən çox alim olduğu halda niyə yeni kəşflər YOXDUR? – AÇIQLAMA” adlı əsaslandırılmış tənqidi yazısı bir sıra saytlarda dərc edilmişdir. Görünür, Elmi Kəşflərə Elmi-Texniki İnqilaba doğru inkişafın zaman zərurətinin reallaşması üçün stimul və rəqabət amilləri nəzərə alınmalıdır.
Ölkəmizdə artıq 2024-cü ildə belə bir təcrübəyə nail olunmuşdur. Belə ki, Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə elmi-tədqiqat institutlarında “Scopus” bazasında ən çox elmi işi dərc olunan alimlərə hər ay 1000 manatadək mükafat verilməsinə başlanılıb. Bu zaman son 5 il göstəriciləri araşdırılmışdır. Bu addım alimlərin maddi rifahının yaxşılaşdırılması və elmi fəaliyyətlərinin stimullaşdırılması məqsədi daşıyır. (02.10.2024 https://edu.gov.az/az/news- and-updates/21527-1 ) Belə bir təcrübənin Elmi Kəşf istiqaməti üçün həyata keçirilməsi aktuallığı, məqalə aktuallığından daha da üstündür. Belə ki, elmi ictimaiyyətə yaxşı bəllidir ki, dünyanın əksər ölkələrində “Scopus” və “Web of Science” bazalı junallarda məqalə dərci ilə məşğul olan çoxsaylı pullu xidmət şirkətləri fəaliyyət göstərirlər. Lakin Elmi Kəşflərlə bağlı bir dənə də olsun müəllif üçün Elmi-Kəşf hazırlayan pullu xidmət şirkəti yoxdur.
Son 5 ildə ölkəmizdə Elmi Kəşflərlə bağlı zəruri araşdırılmaların aparılması nəticəsində aşkar ediləcək müəllif alimlərin maddi rifahının yaxşılaşdırılması və elmi fəaliyyətlərinin stimullaşdırılması məqsədi ilə aylıq mükafatlandırılmanın respublika miqyasında həyata keçirilməsi məqsədəuyğun hesab edilə bilər. Nəticədə ölkə alimlərinin real potensial imkanları daxilində stimul - rəqabət prinsipləri, Ümummilli Liderimiz Heydər Əliyevin və Prezident İlham Əliyevin alimləri, yeni texnologiyaları dəyərləndirmə dialektikası əsasında yeni Elmi Kəşflərə doğru tərəqqidə Global İnkişafa nail olmaq mümkündür...
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar