Xəbər lenti
İlham Əliyevə ölkəmizi daha yüksək zirvələrə aparan yolda uğurlar arzulayırıq! - Müşfiq Məmmədli
"Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin doğum günüdür! Azərbaycan xalqı 2003-cü ildə cənab İlham Əliyevi dövlətimizin başçısı seçməklə öncə Ümummilli Lider Heydər Əliyevin siyasi kursuna səs verdi. O kursa sadiqliyini nümayiş etdirən xalqımız Ulu Öndərə sevgisini və inamını bir daha sübut etdi". Manevr.az xəbər verir ki, bu sözlər Milli Məclisin deputatı Müşfiq Məmmədlinin doğum günü münasibətilə ölkə rəhbərinə ünvanladığı təbrik mətnində yer alıb.
Deputat bildirib ki, Azərbaycan xalqı sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu nümayiş etdirdi, ölkədə bu siyasətə alternativin olmadığını göstərdi.
"Müstəqil Azərbaycanımızın tərəqqisi, dövlətçiliyimizin daha da möhkəmlənməsi və xalqımızın rifahı naminə məqsədyönlü siyasət yürüdən cənab Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edir, ölkəmizi daha yüksək zirvələrə aparan yolda uğurlar arzulayırıq!"- M.Məmmədli qeyd edib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























