Xəbər lenti
MÜDAFİƏ NAZİRLƏRİMİZ - Xosrov bəy Sultanovdan Zakir Həsənovadək...

26 iyun Azərbaycanda Silahlı Qüvvələr günüdür. Manevr.az saytı Azərbaycanın hərbi nazirlərindən bəhs edən yazını təqdim edir.
1918-ci il may ayının 28-də elan edilən və cəmi 23 ay ömür sürən Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) birinci hökumətində ilk hərbi nazir vəzifəsini 1918-ci ilin may ayının 28-dən iyun ayının 11-ə qədər mülki şəxs olan Xosrov bəy Sultanov icra etdi.
1918-ci il iyun ayının 26-da Azərbaycan Xalq Cümhuriyyəti ölkənin Milli Ordusunun, silahlı qüvvələrinin yaradılması haqqında qərar qəbul etdi, Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə – əlahiddə Azərbaycan korpusu yaradıldı.
Həmin ilin oktyabrın 23-də Hərbi Nazirliyin yaradılması haqqında qərar qəbul edildi. Bu qərar noyabr ayının 7-də rəsmiləşdirildi və hərbi nazir vəzifəsi müvəqqəti olaraq Fətəli xan Xoyskiyə həvalə edildi.
1918-ci ilin dekabr ayının 26-da rus ordusunda xidmət etmiş artilleriya general-leytenantı Səməd bəy Mehmandarov hərbi nazir, həmin ayın 29-da general-leytenant Əliağa Şıxlinski onun müavini, general-leytenant Suleyman Sulkeviç isə baş qərargah rəisi təyin olundu.
1920-ci ilin aprelində AXC hökumətinin süquta uğraması və Azərbaycanın Qızıl Ordu tərəfindən işğal edilməsi qarşıda duran planları alt-üst etdi.
1991-ci ildə Azərbaycan ikinci dəfə müsətqillyini bərpa edəndən sonra yenidən ordu quruculuğuna diqqət artdı.
Azərbaycanın müdafiə nazirləri:
Xosrov bəy Sultanov - 1918-ci il mayın 28-dən iyunun 11-dək;
Fətəli xan Xoyski - 1918-ci il noyabrın 7-dən dekabrın 25-dək;
Səməd bəy Mehmandarov - 1918-ci il dekabrın 26-dan 1920-ci ilin aprelinədək;
Valeh Bərşadlı - 1991-ci ilin sentyabr-dekabr ayları;
Tacəddin Mehdiyev - 1991-ci il dekabr -1992-ci ilin yanvar ayları;
Şahin Musayev - 1992-ci ilin yanvar-fevral ayları;
Tahir Əliyev – 1992-ci ilin fevral-mart ayların;
Rəhim Qazıyev - 1992-ci ilin martından 1993-cü ilin fevralındak;
Dadaş Rzayev - 1993-cü il 20 fevraldan 17 iyunadək;
Səfər Əbiyev - 1993-cü ilin iyun-avqust ayları;
Vahid Musayev - 1993-cü ilin avqust-sentyabr ayları;
Məmmədrəfi Məmmədov - 1993-cü ilin sentyabrından 1995-ci ilin fevralınadək;
Səfər Əbiyev - 1995-ci ilin fevralından 2013-cü il 22 oktyabrədək;
Zakir Həsənov - 22 oktyabr 2013-cü il tarixindən indiyədək...
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































