Sizin Reklam Burada
Xəbər lenti
17-12-2024
16-12-2024
BÜTÜN XƏBƏRLƏR

Bakıya hüquqi əsas verirsiniz, Zəngəzuru ala bilər – Rus ekspert

Tarix: 14-12-2024 16:20     Baxış: 372 A- / A+


Ən yaxşı vaxtlarda Zəngəzurda maksimum 40 min insan yaşayırdı, indi məncə, orada daha az adam var. Zəngəzurun geniş ərazisində demək olar ki, yaşayış yoxdur, istənilən radikal üçün açıq hədəfdir.
Manevr.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri erməni mediasına açıqlamasında rusiyalı politoloq Modest Kolerov Zəngəzur dəhlizi ilə bağlı danışarkən deyib.
Kolerov ermənilərin və Paşinyanın təhlükəni real dəyərləndirə bilmədiyini vurğulayıb:
“Paşinyan deyir ki, Ermənistan sovet sərhədlərini qorumalıdır, əks halda o, mövcudluğunu dayandıracaq. Bəs onda Dağlıq Qarabağa açıq şəkildə iddia edilən konstitusiyanı niyə dəyişdirmirsiniz? Hesab edirəm ki, Nikol Vovayeviç Ermənistan üçün təhlükəni adekvat qiymətləndirmir. Problem ondadır ki, konstitusiyanın bu maddəsi hərbi əməliyyatların davam etdirilməsinə imkan yaradır”.
Rus ekspert işarə edib ki, Ermənistan Konstitusiyasında Azərbaycana və Türkiyəyə ərazi iddiasının qalması Bakı və Ankaraya özünü müdafiə üçün “bufer-zona” yaratmağa hüquqi əsas verir.
“Suriya timsalında gördük ki, ərazini işğal etmək üçün hərbi əməliyyatlara başlamaq lazım deyil. Bunun üçün “bufer-zona” demək kifayətdir, indi maraqlı tərəf Zəngəzuru “bufer-zona” adlandırıb ora girə bilər. Mən bilirəm ki, maraqlı tərəfləri Zəngəzuru “bufer-zona”ya çevirməyə İran mane olur. Ümumiyyətlə, Zəngəzurun faktiki olaraq Azərbaycana birləşməsinin önünü alan İrandır. Amma İran Suriyada ağır məğlubiyyətə uğradı və artıq bəziləri İranın zəiflədiyini düşünə bilər”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar