Sizin Reklam Burada
Xəbər lenti
18-01-2025
17-01-2025
BÜTÜN XƏBƏRLƏR

Ona zəng gələn kimi ölkədən QAÇDI

Tarix: 14-12-2024 12:55     Baxış: 477 A- / A+



 "Əsədə zəng etdilər ki, çıx ordan".
Türkiyənin Xarici İşlər naziri Hakan Fidan NTV-yə verdiyi müsahibədə Suriya münaqişəsi ilə bağlı sensasiyalı açıqlamalar verib.
Manevr.az xəbər verir ki, bu müsahibə Suriyadakı son gəlişmələrin bütün qaranlıq nöqtələrinə işıq salır. O, Suriyada Əsəd rejiminin zəif olduğu son iki-üç ildə Ankaranın əsas məqsədinin Rusiyanın və İranın münaqişəyə müdaxiləsinin qarşısını almaq olduğunu bildirib.
Əsəd rejiminin zəifliyi və Ankara strategiyası
Hakan Fidanın sözlərinə görə, o dövrdə Əsəd rejimi müxalif qüvvələr qarşısında ciddi itkilər verir və hakimiyyətini qorumaqda çətinlik çəkirdi. Ankara isə Rusiyanın və İranın rejimə dəstək verməməsi üçün ciddi diplomatik səylər göstərib. Fidan qeyd edib ki, bu dövrdə o, Qətərdə olarkən komandası Rusiya və İran nümayəndələri ilə görüşlər təşkil edib. 
"Əsəd rejimi müdafiə olunsaydı, qanlı nəticələr olardı"
Fidan bildirib ki, həmin dövrdə müxalif qüvvələr Suriyada ciddi uğurlar əldə edirdi və Əsəd rejiminin xarici müdaxilə ilə dəstəklənməsi böyük qanlı nəticələrə səbəb ola bilərdi. Onun sözlərinə görə, Ankara Rusiyanı və İranı rejimi dəstəkləməyin mənasız olduğuna inandıra bilib:
"Əgər rejim dəstəklənsəydi, nəticələr çox qanlı ola bilərdi. Ruslar və iranlılar bu məsələnin davam etdirilməsinin mənasız olduğunu başa düşdülər. Bir an gəldi ki, onlar Əsədə telefon zəngi etdilər və o, həmin axşam geri çəkildi". 
Türkiyənin diplomatik zəfəri 
Bu açıqlamalar Türkiyənin Suriyada müxalifətin uğurlarını təmin etmək üçün necə aktiv diplomatik səylər göstərdiyini ortaya qoyur. Hakan Fidanın dedikləri göstərir ki, Ankara, yalnız hərbi deyil, həm də siyasi və diplomatik müstəvidə ciddi fəaliyyət göstərib. 
Hakan Fidanın bu açıqlamaları Suriyada münaqişə dövründə Ankara, Moskva və Tehran arasındakı mürəkkəb münasibətləri və Türkiyənin Əsəd rejimi ilə bağlı strategiyasını daha aydın şəkildə nümayiş etdirir. Bu həm də regiondakı güc balansının formalaşmasında Türkiyənin rolunu bir daha vurğulayır. /musavat.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar