Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Karapetyan Qarabağa niyə təcili gəldi? – Təlaş

Tarix: 25-06-2017 16:07     Baxış: 31 309 A- / A+
Karapetyan Qarabağa niyə təcili gəldi?


Cəbhədə aktivlik artır və yay aylarında vəziyyət gərginləşə bilər.

Bu sözləri politoloq Arzu Nağıyev deyib. Ekspert hesab edir ki, bu, ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona səfərinin məntiqi nəticəsidir:


“Ermənilər bu prosesdən istifadə edərək təxribatlarla hay-küy yaratmağa çalışdılar. Minsk Qrupu isə yenə deklorativ bəyanatla kifayətləndi. Hətta onlar separatçıları üçüncü tərəf kimi göstərməyə çalışdılar. Lakin bu baş tutmadı. Bütün bu proseslərdə Cocuq Mərcanlıya qayıdışın böyük rolu oldu. Əsas məqam odur ki, Azərbaycan torpaqlarını azad edib böyük qayıdışa başladığı bir vaxtda Ermənistanda köç başlayır. Bu da Ermənistanda vətəndaş cəmiyyətləri arasında böyük narazılıqlara gətirib çıxartdı. İrəvan da məhz bunun qarşısını almaq üçün Qarabağ kartını yenidən ortaya qoydu. Buna görə Baş nazir Karen Karapetyan təcili olaraq Dağlıq Qarabağa gəldi və müəyyən görüşlər keçirdi. Hətta Xankəndindən turist uçuşları da məhz erməni cəmiyyətini sakitləşdirməyə hesablanmışdı. Bir sözlə, baş verənlərin fonunda yeni siyasi proseslərin başladığını söyləmək olar. Ən maraqlısı isə Rusiyanın bu vəziyyətdən çox ustalıqla istifadə etməsidir. Çünki regionda terror olacağına dair Rusiyadan verilən anonslar Kremlin növbəti siyasi gedişi hesab edilə bilər”.

Politoloq qeyd edib ki, bütün bu proseslərdə böyük güclərin öz marağı var:

“Bu baxımdan da yaxın vaxtlarda böyük müharibə başlamasa da, hərbi əməliyyatlar və torpaqlarımızın addım-addım qaytarılması prosesinə start verilə bilər”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar