Xəbər lenti
Ulu öndərin ideyalarını gələcək nəsillərə ötürmək bizim ən böyük borcumuzdur
ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN MEMARI OLDUĞU ÇAĞDAŞ AZƏRBAYCAN MİLLİ BİR ƏSƏRDİR, MÜQƏDDƏS BİR DƏYƏRDİR, MÖHTƏŞƏM BİR MİRASDIR; O, MÜTLƏQ YAŞAYACAQ VƏ YAŞADACAQ!
Müstəqil Azərbaycan Respublikasının qurucusu, Ümummilli lider Heydər Əlirza oğlu Əliyevi vəfatının 21-ci ilində sayğı və rəhmətlə anırıq. Heydər Əliyevin qurduğu və bizə əmanət etdiyi dövlətimizi qorumaq, ucaltmaq, yaşatmaq, onu müasir və güclü sivilizasiyalar səviyyəsindən də yuxarı qaldırmaq, ulu öndərin ideyalarını gələcək nəsillərə ötürmək bizim ən böyük borcumuzdur.
Ümummilli lider Heydər Əliyevin vəfatının 21-ci ildönümünü anarkən onun qurduğu təməllər üzərində yüksələn müasir Azərbaycanın haradan haraya gəldiyini xatırlatmaqda fayda var. Azərbaycanda hakimiyyətə gəldiyi 1969-cu ildən etibarən Heydər Əliyev ölkəmizin gələcəyinə böyük dərəcədə təsir etmək imkanına nail olmuşdu. Bildiyimiz kimi o, onilliklər boyu dəyişən müxtəlif fərqli siyasi şəraitlərdə çalışmış və mübarizə aparmışdır. Mübarizəsində ölkəmizin tərəqqisi üçün Azərbaycan xalqına və iqtisadiyyatına investisiya qoymaq onun birinci prioriteti idi. Bunun nəticəsində xalqımıza təhsil, elm, hərb, mədəniyyət və incəsənət sahələrində yeni imkanlar yaratdı və ölkəmizin bugünkü müasir cəmiyyətinin formalaşmasına böyük təsiri oldu. Yaxşı təhsil imkanları, insana və cəmiyyətə edilən ən mühüm sərmayədir. Bu növ investisiyanın gələcək inkişaf, yaşayış və rifah səviyyəsinə olan konkret təsirləri böyükdür.
1970-ci illərdə Azərbaycandakı təhsil müəssisələrinin saylarındakı və xüsusiyyətlərindəki artımlar elm xadimlərimizin kitablarında ətraflı qeyd olunmuşdur. Məktəblərin sayı ikiqat, müəllimlərin sayları isə böyük dərəcədə artmışdır. Bunun nəticəsində məsələn, orta təhsildəki tələbələrin sayı 1967-ci illə müqayisədə 1977-ci ildə iki mislindən artıq artmışdır. Azərbaycandakı ali məktəblərin və buna paralel olaraq universitet müəllimləri və tələbələrinin sayı da ciddi ölçülərdə artmışdı. Azərbaycan daxilindəki təhsil müəssisələri ilə yanaşı gənclərimizə Sovetlər İttifaqının digər respublikalarındakı dünyaca məşhur universitet və akademiyalarda təhsil imkanları artırılmışdı. 1970-ci illərin əvvəllərindən başlayaraq Moskva və Leninqrad (indiki Sankt-Peterburq - T.V) kimi mühüm elm və sənət mərkəzlərinə ildə təxminən 800-900 Azərbaycan gəncini ali təhsil üçün göndərilməsi Heydər Əliyevin təqdim etdiyi imkanlar sayəsində gerçəkləşmişdir. Bu rəqəm 1980-ci illərdə ildə 1400-ə yüksəlib. 1982-ci ildə Moskva və Leninqrad kimi şəhərlərin aparıcı təhsil müəssisələrindəki azərbaycanlıların sayı 3500-ə yaxın idi. 1960-cı illərə qədər SSRİ-nin ən geridə qalmış respublikalarından biri olan Azərbaycan 1970-ci illərdə Heydər Əliyevin liderliyində enerji, sənaye və kənd təsərrüfatı sahələrində böyük addımlar atdı. Belə ki, istehsal, enerji, ərzaq və büdcə aspektlərindən Sovetlər birliyi sərhədləri içində Azərbaycan özü özünü təmin edən nadir respublikalardan biri oldu.
Mürəkkəb Sovet sistemi şəraitində bu cür uğurlara çatmaq ancaq böyük mübarizələr ilə mümkün olmuşdu. Uğurları 1982-ci ildə Heydər Əliyevi Moskvaya sovetlərin yüksək məqamlarına qaldırdı. Ancaq mübarizələr də o nisbətdə böyüdü. Bir azərbaycanlını Moskvada ən yüksək məqamlarda görmək istəməyənlərin manevrləri və Heydər Əliyevin Moskvada olması, yəni şəxsən Azərbaycanda davamlı olmaması bir sıra problemlərə səbə oldu. 1980-ci illərin ikinci yarısında Azərbaycan rəhbərliyi sabitlik, əmin-amanlıq içində inkişaf prosesini itirməyə başladı. Sovetlərin süqutu ilə sürətlənən bu proses, torpaqların işğalı və bölünmələrlə daha da artdı. Heydər Əliyevin sovet rəhbərliyindəki vəzifəsindən uzaqlaşdırılmasından sonra Azərbaycan xalqının başına gəlməyən müsibət qalmadı. Məhz həmin hadisədən cəmi bir il sonra ermənilər tərəfindən Azərbaycana qarşı açıq ərazi iddiası prosesi başlandı. Əfsuslar olsun ki, bu prosesə başçılıq edən ovaxtkı sovet rəhbərliyi idi. Əgər sovet rəhbərliyinin bu işlərdə əli olmasaydı, Cənubi Qafqazda heç vaxt münaqişə yaranmazdı. 1993-cü ildə Heydər Əliyevin Bakıya gəlməsi və hakimiyyət başına keçməsi ilə yeni bir dövr başladı. Qarşıdurmaların dayanması və ölkəyə sabitlik gəlməsi ilə başlayan bu yeni proses ölkəyə xaricdən investisiya qapılarını açdı. Bakı- Tiflis-Ceyhan layihəsinin həyata keçməsi ilə başlayan iqtisadi addımın nəticələrini bu gün hamı görür. 1993-2003-cü illərdə Heydər Əliyev Azərbaycanda həm də yeni bir siyasi sistem qurdu. Çox çətin şərtlər daxilində yeritdiyi xarici siyasət sayəsində son dərəcə mürəkkəb bir coğrafiyada yerləşən ölkəmizin sabitlik içində investisiyaları qəbul etməsinə imkan yaratdı. Mövlanə Cəlaləddin Ruminin hikmətli sözləri ilə söyləmiş olsaq, “kamil odur ki, qoya dünyada əsər, əsəri olmayanın yerində yellər əsər”. Bəli, 12 dekabr 2003-cü il tarixində əbədiyyətə qovuşan Heydər Əliyev özündən sonra qoyduğu əsərlər ilə xalqımızın qəlbində daim yaşayacaqdır. Ulu öndər Heydər Əliyevin qurub yaratdığı təməllər üzərində inkişaf davam edən Azərbaycan 10 milyonu keçən əhalisi ilə dünyada öz layiqli yerini tutmaqdadır.
Ölkəmizdə 2003-cü ildən bu yana 3000-dən çox yeni məktəb və 500-dən çox sağlamlıq kompleksi açılıb. Azərbaycanda insana qoyulan kapital, investisiyalar sürətlənərək davam edir. Ulu öndərin demişdir: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Bəli, ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Cənab Prezident İlham Əliyev ata vəsiyyətini şərəflə, uğurla həyata keçirdi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Şanlı Ordumuz 44 günə ölkəmizin ərazi bütövlüyünü bərpa, cəmi 23 saata isə dövlət suverenliyimizi təmin edərək şanlı bir yol keçdi ki, düşünürəm ki, bir çox dünya xalqları bu qəhrəmanlıq dastanına yalnız həsəd apara bilər. Ulu öndər Heydər Əliyevin memarı olduğu Azərbaycan Respublikası milli bir əsərdir, müqəddəs bir dəyərdir, möhtəşəm bir mirasdır; O, mütləq yaşayacaq və yaşadacaq. Bu hiss və düşüncələrlə müstəqilliyini borclu olduğumuz müasir Azərbaycan Respublikasının banisi, Ümummilli lider Heydər Əliyevi, onun silahdaşlarını və müstəqillik mübarizəmizin bütün qəhrəmanlarını sonsuz ehtiram və minnətdarlıqla anırıq. Ruhun şad olsun, Ulu öndər!
Tural Akif oğlu VƏLİZADƏ Milli Müdafiə Universiteti
Humanitar fənlər bölməsinin müəllimi.
tural.akif.velizade@gmail.com

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Media
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar