Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

ATƏT-in səfəri zamanı ermənilərin fəallaşmasının məkrli projesi - Detallar

Tarix: 25-06-2017 09:27     Baxış: 6371 A- / A+
ATƏT-in səfəri zamanı ermənilərin fəallaşmasının məkrli projesi


ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfərləri yenicə başa çatıb. Məhz bu səfər ərəfəsində ermənilər tərəfindən aktivləşmə hiss olundu

Manevr.az xəbər verir ki, onlar göstərməyə çalışırdılar ki, guya sülh, danışıq tərəfdarıdırlar, lakin Azərbaycan tərəfi bunu pozur. Amma məlum məsələdir ki, proseslər tam əksinə baş verir.

Həmsədrlər əvvəlcə Ermənistan prezidenti Serj Sarkisyan və səhra komandirlərindən ibarət komanda ilə görüşüb, Xankəndidə qondarma rejimin “rəhbəri” ilə bir araya gəldilər.

Daha sonra iyunun 19-da ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda oldular.

Ermənilərin əsas qorxduğu məsələ məhz Naxçıvanın iqtisadi cəhətdən daha da güclənməsi və ordu kontingentinin döyüş bacarığının mükəmməl səviyyəyə çatdırılmasıdır.

Havadarların hesabına döyüş taktikası seçən ermənilər müstəqil Azərbaycan dövlətinin yaratdığı döyüşkən ordudan təbii ki, qorxurlar.

Erməni ekspertlər dəfələrlə Azərbaycan Ordusunun Naxçıvan tərəfdən ikinci bir cəbhə aça biləcək imkanını vurğulamaqla özlərini sığortalamağa çalışırlar. Məhz elə bu da onları qorxudan əsas amildir.

Ulus.Az xəbər verir ki, Azərbaycan ərazi bütövlüyü ilə bağlı heç bir kompromisə getməyəcək.

Bu isə haqlı olaraq vətəndaşların Serj Sarkisyan və onun səhra komandirlərindən təşkil edilən hakimiyyət qüvvələrinə qarşı narazılıqlarını artırıb. Məhz bunun qarşısını almaq məqsədilə bir sıra siyasi gedişlər edilir.

Buna görə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin regiona səfəri zamanı ermənilərin Dağlıq Qarabağda və həmsərhəd rayonlarda aktivləşməsi hiss olunurdu.

İşğalçılar göstərməyə çalışırdılar ki, guya bunlar sülh, danışıq tərəfdarıdırlar, Azərbaycan tərəfi isə bunu pozur. Amma məlum məsələdir ki, proseslər tam əksinə baş verir.

Həmsədrlər Serj Sarkisyan və Xankəndidə qondarma rejimin “rəhbəri” ilə bir araya gəliblər. Görüş vaxtı atəşkəs rejimi pozulur, əsgərləri öldürülür.

Aydındır ki, atəskəsin pozulmasında maraqlı tərəf Ermənistandır. Məqsəd odur ki, danışıqlara getməsinlər, status-kvo saxlanılsın. Əsgərlərin ölümü isə onlar üçün ən sonda duran amildir.

Bundan başqa Cocuq Mərcanlıya Böyük Qayıdışdan sonra ermənilərin cəbhədə aktivləşməsi də təsadüfi deyil. Çünki həmin ərazilərə qayıdış başlanıb. Bunun əksi olaraq ermənilər öz ölkələrini tərk edirlər.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar