Sizin Reklam Burada
Xəbər lenti
23-04-2026
22-04-2026
BÜTÜN XƏBƏRLƏR

Elnur Nağdəliyev direktor təyin olundu

Tarix: 07-12-2024 12:06     Baxış: 4412 A- / A+

Tofiq Bəhramov adına Respublika stadionunda növbəti dəfə direktor təyinatı baş tutub.
Manevr.az xəbər verir ki, ötən ilin iyulunda "Neftçi"dən ayrılaraq bu vəzifəyə təyin olunmuş Tələt Məmmədov vəzifəsindən ayrılıb.
Yeni direktor isə Elnur Nağdəliyevdir.
Elnur Nağdəliyev haqda o qədər də çox informasiya yoxdur. O, daşınmaz əmlak sahəsi üzrə fəaliyyət göstərən "Facility Management Group" şirkətinin Binaların idarə edilməsi üzrə menecer vəzifəsində çalışıb. 2019-cu ilin iyunun 22-də International Facility Management Association (Beynəlxalq Daşınmaz Əmlakın İdarəedilməsi Assosiasiyası) təşkilatı tərəfindən "CFM-Certified Facility Manager" sertifikasiyasını müvəffəqiyyətlə keçib. Bununla da E.Nağdəliyev Qafqaz ölkələri arasında IFMA-nın bu dərəcəsi üzrə sertifikatını əldə edən ilk şəxs olub.Yeni direktor Lənkəran Şəhər İcra Hakimiyyətinin sabiq başçısı, Prezident Administrasiyası rəhbərinin keçmiş müavini, hazırda Prezidentin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi - şöbə müdiri işləyən, tarix elmləri doktoru Zeynal Nağdəliyevin yaxın qohumudur.
Qeyd edək ki, bu, Tofiq Bəhramov adına Respublika stadionunda son 2 il ərzində 3-cü direktor təyinatıdır. Ötən ilin aprelində Tələt Məmmədovdan əvvəl Babək Hidayətov bu posta təyin olunmuşdu./prosport.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar