Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Kredit borcu olanlar fitrə verə bilər? - İlahiyyatçılar izah edir - VİDEO

Tarix: 24-06-2017 23:07     Baxış: 4314 A- / A+
Kredit borcu olanlar fitrə verə bilər?

Artıq mübarək Ramazan ayının sonuna yaxınlaşırıq. Ruzi bərəkət və sevgi ayı olan Ramazana xas başqa ibadətlər də var.
Bunlardan biri və islam dinində vacib sayılan fitrə sədəqəsidir. Amma bu sədəqənin verilməsində də qaydalar və məhdudiyyətlər var. Bəs fitrəni kimlər verməli və borcu olanlara fitrə çıxarmalıdırmı?
Acların doyurulduğu, ehtiyac sahiblərinin üzünün güldüyü Ramazan ayı fitrə kimi əhəmiyyətli yardımla qurtarır.
Bəs fitrəni kimlər verməli və borcu olanlara fitrə çıxarmalıdırmı? Bu xeyir əməldə məqsədin imkansızları sevindirmək olduğunu xatırladan ilahiyyatçılar bildirir ki, maddi vəziyyəti qaydasında olan hər müsəlman evindən adam sayına görə fitrə çıxmalıdır.
Ancaq maddi vəziyyətini çətinə salacaq qədər borcu olanlar, yaxud da əmlakı və gəlirinin böyük əksəriyyətini borca ödəməli olanlar fitrədən azaddır.
Ağa Hacıbəylinin sözlərinə görə borc batağında olanların özünə fitrə düşür.
İslama görə borcu olanların əsas vəzifəsi onu qaytarmaq, borclu olduğunun haqqını ödəməkdir.
İlahiyyatçıların sözlərinə görə fitrə mütləq Bayram namazınadək verilməlidir. Məqsəd budur ki, fitrəni alan şəxslər də evlərində bayram əhvalı yaşasın. Qafqaz Müsəlmanları İdarəsinin təyin etdiyi fitrə miqdarı isə adambaşına minimum 5 maksimum 10 manat arasındadır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar