Sizin Reklam Burada
Xəbər lenti
04-12-2024
03-12-2024
BÜTÜN XƏBƏRLƏR

Türkiyə 5 ölkədə səfirini dəyişdi - Azərbaycan da var

Tarix: 03-12-2024 10:52     Baxış: 459 A- / A+



Türkiyə xarici siyasətində əhəmiyyətli dəyişikliklər edilib və beş ölkəyə yeni səfirlər təyin olunub.
Manevr.az xəbər verir ki, Xarici İşlər Naziri Hakan Fidan tərəfindən bəzi mühüm səfirlik və daimi nümayəndəliklərə yeni təyinatlar elan edilib.
Diplomatik mənbələrdən əldə edilən məlumata görə, Elif Çomoğlu Ülgen Roma səfiri, Gökhan Turan Berlin səfiri, Türkiyə Maarif Vəqfinin sədri Birol Akgün Bakı səfiri, Lütfullah Göktaş Əbu-Dabi səfiri, Yakup Caymazoğlu isə Əmman səfiri təyin edilib.
Bu təyinatların Türkiyənin beynəlxalq münasibətlərində yeni səhifə açması və əlaqələri daha da möhkəmləndirməsi gözlənilir.

Bakıya yeni təyinat
Türkiyə Maarif Vəqfinin sədri Birol Akgün Bakıda səfir vəzifəsinə təyin olunub. Uzun illərdir təhsil və mədəniyyət sahəsində qazandığı təcrübəsi ilə tanınan Akgünün Türkiyə ilə Azərbaycan arasında mövcud qardaşlıq münasibətlərini daha da dərinləşdirməsi gözlənilir.
Onun bu vəzifədə, xüsusilə təhsil və mədəni əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində fəal rol oynayacağı, iki ölkə arasındakı sıx əlaqələri daha da gücləndirəcəyi vurğulanır. Birol Akgünün böyükelçilik dönəmi iki dövlətin "bir millət, iki dövlət" şüarına uyğun olaraq əməkdaşlığı yeni səviyyələrə daşıyacağına dair ümidləri artırır.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar