Xəbər lenti
Son dəqiqə! Azərbaycanda eşidənləri QORXUYA SALAN hadisə ilə bağlı elə xəbər yayıldı ki...
Azərbaycan Milli Elmlər Akademiyasının Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası bu ilin noyabr ayında dünyanın iki həftə ərzində qaranlığa qərq olacağı ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.
Manevr.az bildirir ki, Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə elmləri doktoru Xıdır Mikayılov Sonxeber.az-a açıqlamasında yer kürəsinin bu ilin noyabr ayında iki həftəlik qaranlığa qərq olacağı ilə bağlı yayılan məlumatların həqiqiəti əks etdirmədiyini deyib. Həmin informasiya yalan və müəyyən qədər şişirdilmiş məlumatdır.
X.Mikayılov qeyd edib ki həqiqətən noyabrda Yupiterlə Veneranı yaxından görmək mümkün olacaq. Onlar Yupiterin öz ölçüsü qədər təxminən 5 dəfə bir-birindən məsafəli olacaqlar.
"Həmin vaxt Yupiter 956 milyon km , Venera isə günəşlə məsafəsi cəmi 107 km aralıdır. İnsanlar həmin vaxt onları bir-birinə çox yaxın görəcəklər. Lakin bu o demək deyil ki onlar bir -birinin üstünə düşüblər. Həmin gün heç bir qorxulu hadisə baş verməyəcək. Həmin hadisənin günəşə təsiri olmayacaq. Dünyanın qaranlığa qərq olacağı ilə bağlı insanların narahat olmasına əsas yoxdur.Qaranlıq çökmə hadisə olmayacaq.
Xıdır Mikayılovun sözlərinə görə, qeyd olunan tarixdə günəş tutulması belə baş verməyəcək. Günəş nə rəngini dəyişəcək nə də mavi olacaq.
Qeyd edək ki, mətbuatda NASA adından noyabrda dünyanın qaranlığa qərq olacağı haqda məlumat yayılıb. Hadisənin 2 həftə çəkəcəyi qeyd edilib.
Guya NASA rəhbəri Çarlz Bolden bu barədə hesabat hazırlayıb. Hesabatda qeyd edilib ki, bu fenomen Yupiter və Veneranın eyni müstəviyə gəlməsi ilə əlaqədardır. Bu hadisədən sonra Günəşdə güclü partlayış baş verəcək, temperatur qəfil artacaq və 15 gün ərzində yavaş-yavaş azalmağa başlayacaq. Bu müdət ərzində günəş rəngini dəyişəcək və mavi olacaq.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar