Sizin Reklam Burada
Xəbər lenti
18-01-2025
17-01-2025
BÜTÜN XƏBƏRLƏR

"Yazılan hekayələrin əksəriyyəti müəllifin məişət əhvalatçılığından kənara çıxa bilmir..."

Tarix: 30-11-2024 20:10     Baxış: 4146 A- / A+
Emil Rasimoğlu
yazar



Son dövrlər yerli imzaların (Azad Qaradərəli, İlham Əziz) oxuduğum son hekayələridən bir daha yola çıxıb, tam əminliklə deyə bilərəm ki, bu gün yazılan hekayələrin əksəriyyəti müəllifin məişət əhvalatçılığından, bayağı süjet strukturunda kənara çıxa bilmir...

Öncə onu deyim ki, adlarını çəkdiyim hər iki müəllifin şəxsinə hər zaman sayğı ilə yanaşmışam, bu gün də sayğı ilə yanaşıram... Bu öz yerində.

Qayıdım mətləbə... Yuxarıdakı fikirlərimi bir az da konkretləşdirim.
Belə ki, Azad Qaradərəlinin “Divar”, İlham Əzizin “Krassvord” hekayəsi mətn qarşısında müəllifin ədəbi fiaskosudur desəm, heç də yanılmaram.

...Uzun — uzadı kortəbii təhkiyə, bir neçə məişət əhvalatının elə məişət təsəvvürü, məişət reaksiyaları ilə də bir araya toplanıb təqdim olunması, sonluqdasa müəyyən sentimentallığın yaradılması hələ ədəbi hadisəyə çevriləcək fundamental ədəbi mətnin ortaya qoyulması demək deyil. Təbii ki, söhbət “Krassvord” hekayəsinin məğzindən gedir. 

Elə “Divar” hekayəsi də “Krassvord” hekayəsi qədər gerçək yaradıcılıq prinsiplərindən uzaqda qalan, bir az tarixi nüanslara, bir az sentimentallığa, bir az da publisistik informasiya xarakterinə söykənən bir inşa yazısı səviyyəsində olan bayağı bir hekayəTdir.

... Mən hələ hər iki hekayənin əsas məğzindən danışdım, incəliklərə varıb, çox nüanslardan, çatışmazlıqlardan söz aça bilərəm.

Bir böyük gerçəklik var ki, ortada ciddi mətn yoxdur...

Məgər, orijinal bədii əsərin yaranması üçün təhkiyəni, mükaliməni, müəyyən süjet xəttini yaratmaq kifayətdirmi? Əsla. Sən müəllif olaraq ortaya bir ədəbi hadisə, həmin ədəbi hadisənin tərkib hissəsi olan kreativ proses, fundamental mahiyyət, sonluq qoymalısan...

...Sözüm bir az da sərt ola bilər. Amma olsun;
Uzaqlaşmaq (qurtulmaq) lazımdı bu məhəlli əhvalatçılıqlarından, duyğu sümrüsünü əks etdirən yazı “vərdişlərindən”.

 
Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar