Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Nəcməddin Sadıkovun yaxın adamının məhkəməsi oldu, şahid danışdı

Tarix: 27-11-2024 19:41     Baxış: 327 A- / A+
Müdafiə Nazirliyinin 24 milyon 234 minlik mənimsəmədə ittiham olunan sabiq zabiti Zahid Niftəliyevin (Şlyapa Zahid) ilə növbəti məhkəmə prosesi keçirilib.
Manevr.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Xamiz Süleymanov bildirib ki, "Atabank"da çalışıb və Zahid Niftəliyevi tanımayıb.
"Mən heç bir müştərini görməmişəm. Pulu da mən ayırmamışam. Zahid Niftəliyevlə heç bir əlaqəm olmayıb, inkassatorda çalışmışam. Qardaşım Xəyyam kassada işləyib. Mənim işim pulların sayılması və bankomatlara yüklənməsi olub", - X.Süleymanov qeyd edib.
Şahidin istintaqa verdiyi ifadəsi ilə məhkəmədəki ifadəsi ziddiyyət təşkil etdiyi üçün istintaqa verdiyi ifadə elan olunub.
Xamiz Süleymanov istintaqda ifadəsində bildirib ki, bankın zirzəmisində çalışıb: "Zirzəmidə iki pul seyfi olub. Birinci seyf normal əməliyyatlar üçün nəzərdə tutulmuşdu. İkinci seyf isə qeyri-rəsmi ayrılan pullar olub. Həmin seyf Mahir Rəfiyev və Fazil Məmmədovun tapşırığı olmadan əl vurulmayıb. Kiməsə oradan pul verildisə, onu Mahir Rəfiyev birbaşa özü tapşırıq verirdi. Özlərinə də pul lazım olanda mən həmin seyfdən pulu götürüb Mahir Rəfiyevin Vergilər Nazirliyində olan otağında köməkçisinə vermişəm. Həmin qeyri-rəsmi kassaya gələn pulların mənbəyini bilməmişəm. Mənə tapşırıq verilib, mən də icra eləmişəm".
Digər şahid Xəyyam Süleymanov deyib ki, təqsirləndirilən şəxs Zahid Niftəliyevi tanıyır: "Bankda xəzinədar işləmişəm. Məbləğ sifariş olunub, çekin yiyəsi Zahid Niftəliyev olub. Çekdə 7 milyon nə qədərsə yazılmışdı, Zahid Niftəliyev də çekə imza atmışdı. Dəqiq yadımda qalmayıb. Zahid Niftəliyev özü alıb, başqa mümkün deyil kimsə alsın. Qol çəkib, özü götürdü. Sonra həmin sənədi kassa sənədlərinə tikmişəm. Zahid müəllimə bir dəfə pul vermişəm, heç bir ünsiyyətim olmayıb. Yanında kənar şəxslərin olmasını xatırlamıram. Hüquqi şəxslər şöbəsindən bilirlər ki, kassada o qədər pul var, ya yox. Yoxdusa sifariş edirik. Onun həmin məbləği nə ilə aparmasını xatırlamıram".
Təqsirləndirilən şəxs Zahid Niftəliyev qeyd edib ki, bu şəxsi ümumiyyətlə görməyib: "Sənin Allahın varsa, insafın varsa, düzünü danış".
Məhkəmə prosesi dekabrın 18-də davam edəcək.
Qeyd edək ki, Z.Niftəliyev iki il əvvəl rüşvət alma ittihamı ilə həbs edilib. Daha sonra o, azadlığa buraxıldıqdan sonra Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən yenidən həbs edilib.
Gəncə Apellyasiya Məhkəməsi prokurorun Tərtər Hərbi Məhkəməsinin hökmündən verdiyi protesti təmin edərək Z.Niftəliyevi vəzifə saxtakarlığında və külli miqdarda rüşvət almaqda təqsirli bilib və o, 8 il 6 ay azadlıqdan məhrum olunub.
Bundan başqa Zahid Niftəliyev "Atabank ASC" dən götürdüyü 42 milyon manat kredit vəsaitinin və dövlət rüsumunun ödənilməsi ilə bağlı çıxarılmış Bakı Apellyasiya Məhkəməsinin qətnaməsini qərəzli icra etməyib.
Qeyd edək ki, Z.Niftəliyev Azərbaycan Ordusunun sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıkovun yaxın adamı olub.




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar