Xəbər lenti
Ermənistan parlamentində Sarkisyanı ifşa etdilər: “Siz nədən danışırsınız, hər gün cəbhədə ölən əsgərlərdən?”
Ermənistan parlamentində hökumətin beşillik (2017-2022) inkişaf proqramının müzakirələri zamanı prezident və onun komandası Serj Sarkisyan kəskin tənqid edilib.
Manevr.az saytının Ermənistan KİV-nə istinadən məlumatına görə, baş nazir Karen Karepetyanın təqdim etdiyi proqramda ixracın ÜDM-də payının artırılması, yoxsulluq səviyyəsinin 12 faizə endirilməsi kimi məsələlər nəzərdə tutulub.
Bununla yanaşı, Ermənistan cəbhə xəttindəki verdiyi itkilərdən sonra hərbi büdcənin göstəricilərini də yaxşılaşdırmaq istəyir. Həmçinin yeni müdafiə sisteminin formalaşdırılması üçün bir sıra islahatların keçirilməsi planlaşdırılır.
“Ermənistan hökumətinin bu proqramı yeni müdafiə sisteminin formalaşması istiqamətində bir sıra islahatları reallaşdırmağa imkan yaradacaq”- bunu hakim “Respublika” partiyasından deputat, parlamentin Müdafiə və təhlükəsizlik komitəsinin rəhbəri Koruyun Nahapetyan bildirib.
Lakin Ermənistan müxalifəti bu proqrama etiraz edib. Müxalif “Elk” fraksiyasının rəhbəri Nikol Paşinyan deyib ki, bu proqramın əleyhinə səs verəcəklər. Onun sözlərinə görə prezident Serj Sarkisyan müdafiə və təhlükəsizlik sahəsindəki uğursuzluqlara görə məsuliyyət daşıyır.
Deputat Azərbaycanın cəbhədə üstünlük əldə etməsinə də işarə edib.
“Biz bunun əleyhinə səs verəcəyik, çünki bu, Sarkisyan və onun komandasının proqramıdır. Biz hərbi balansda Azərbaycana uduzuruq. Siz hansı təhlükəsizlikdən danışırsınız? Hər gün cəbhədə ölən əsgərlərdən? Ya itirdiyimiz ərazilərdən? Bu hakimiyyət cəmiyyətin etibarını itirib”-deyə o bildirib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar