Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

COP29-un Bakıda keçirilməsi ölkəmizin dünyada hər gün artan nüfuzu ilə sıx bağlıdır

Tarix: 23-11-2024 16:18     Baxış: 459 A- / A+

  • 2024-cü il 11-22  noyabr tarixində Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konversiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 artıq  yekunlaşmaq üzrədir. Əvvəlcə bunu qeyd  edim ki, COP29-un  Bakıda keçirilməsi ölkəmizin son beş ildə bütün dünyada hər gün artan nüfuzu ilə sıx bağlıdır. Bu nüfuzu şərtləndirən aşağıdakı amillərə nəzər salaq:
  • Dövlət xalq, xalq ordu birliyi nəticəsində 30 il erməni işğalında olan tarixi torpaqlarımızın azad olunması ilə suverenliyimizin tam bərpası;
  •  Ali baş Komandan cənab İlham Əliyevin xarici siyasətdə uzaq görən, açıq və qətiyyətli mövqəyi;
  •  Ölkədə  stabilik və vətəndaş cəmiyyətinə keçidin uğurlu təminatı;
  •  Ölkədəki demokratik təsisatların dünya demokratiyasına inteqrasiyanın inkişafı;
  • Ölkənin sosial- iqtisadi cəhətdən yüksək templə inkişafı;
  • Ölkədə turizmin inkişafı və dövlətin “Yaşıl” enerjiyə  keçid proqramını strateji hədəflərdən biri kimi qəbul etməsi;
COP29-un ölkəmizdə keçirilməsi həm də onu sübut edir ki, yuxarıda sadalanan amillərin hər biri öz uğurlu təsdiqini yaşamaqdadır. Təsadüfi deyildir ki, 2020-ci ildə 44 günlük vətən müharibəsindən sonra cənab Prezident İlham Əliyev Qarabağı, Şərqi Zəngəzuru və Naxçıvanı yaşıl enerji bölgəsi adlandırmışdır və bu istiqamətdə də geniş miqyaslı işlərə başlamışdır.

COP29-un Bakıda keçirilməsinin tarixi əhəmiyyəti haqqında isə onu deyə bilərik ki, dünyanın irili-xırdalı bütün ölkələrindən səksən minə yaxın xüsusi nümayəndələr Bakıda cəm olunub, dövlətimiz, xalqımız haqqında dəyərli məlumatlarla öz ölkələrinə qayıtması və eyni zamanda da adı keçən sessiya müddətində bütün dünyanın media qurumlarının Bakını izləməsi 100 ilin tarix və ədəbiyyat təbliğatından daha üstündür. Şübhəsiz ki, dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29 Azərbaycanın ev sahibliyi etməsi hələ təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş, bugün də eyni uzaq görənliklə davam etdirilən uğurlu siyəsətin nəticəsidir. 

Bu siyasətin başqa bir uğurlu təntənəsi də, odur ki, müasir  dünyada BMT-dən sonra dünyanın ən böyük beynəlxalq təsisatlarından olan Qoşulmama Hərəkatına Azərbaycanın beş ilə yaxın müddətdə sədirlik etməsi olmuşdur. Bunu da xüsusilə qeyd edim ki, Qoşulmama Hərəkətının on prinsipi ilə dövlətimizin daxili və xarici siyasətinin başabaş səslənməsi cənab Prezident İlham Əliyevin  möhtəşəm siyasətinin aşıq ifadəsidir. Xalqın, Dövlətin maraqlarını özündə ehtiva edən bütün addımların nöqsansız və uzaqgörənliklə dövlətin siyasətində cilalanması, şübhəsiz ki, COP29 kimi beynalxalq tədbirin Bakıda keçirilməsinə böyük bir zəmin yaratmasının məntiqi nəticəsidir. Bu da onu göstərir ki, Azərbaycan qlobal iqlim məsələlərində təhlükəsiz gələcək naminə  yaşıl enerji siyasətini strateji hədəf kimi milli siyasətinə çevirmişdir.

Bütün bəşəriyyətin xeyirli gələcəyi naminə yaşıl enerjiyə keçidin beynəlxalq səviyyədə həlli olunmasını hələ illər öncə Ulu Öndər Heydər Əliyev necə də aydın şəkildə ifadə etmişdir: “....Təbiətin ölkəmizə bəxş etdiyi zəngin sərvətlərə xüsusi qayğı ilə yanaşmaq, belə misilsiz xəzinələri bəşəriyyətin gələcəyi naminə qorumaq üzərimizə düşən başlıca vəzifələrdəndir...”
Belə işıqlı siyasətin üstündə qurulan yeni Azərbaycan dövlətinin “yaşıl” dünya ilə bağlı strateji hədəfləri, təbii ki, günü gündən qüdrətlənən ölkəmizi, COP29 kimi beynəlxalq mötəbər bir tədbirə ev sahibliyi etdirəcəkdir.
 

















Zabit Məmmədov,
“Ronahi” Kurd Mədəniyyət Mərkəzi İctimai Birliyinin
sədri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar