Xəbər lenti
Sahibə Qafarova Rusiyaya işgüzar səfərə getdi

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti noyabrın 20-də Rusiyanın Sankt-Peterburq şəhərinə işgüzar səfər edib.
Milli Məclisdən verilən məlumata görə, nümayəndə heyəti MDB Parlamentlərarası Assambleyasının (MDB PA-nın) Şura və 57-ci Plenar iclaslarında iştirak edəcək.
Nümayəndə heyətini Sankt-Peterburq Qanunvericilik Məclisinin Qanunvericilik komitəsinin sədri Vsevolod Fedoroviç Belikov və MDB PA Şurasının baş katibi Dmitri Arkadyeviç Kobitski, Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev, Milli Məclisin MDB PA-dakı daimi nümayəndəsi Aydın Cəfərov və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarovanın MDB PA-nın Şura və 57-ci Plenar iclaslarında çıxışı, tədbirdə iştirak edən parlament nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri nəzərdə tutulub.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Təqvim
| « Sentyabr 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 | ||||
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































