Sizin Reklam Burada
Xəbər lenti
25-09-2025
24-09-2025
BÜTÜN XƏBƏRLƏR

Mədəniyyət işçilərinin maaşı artacaq?

Tarix: 20-11-2024 14:17     Baxış: 3170 A- / A+

“Mədəniyyət sahəsində çalışan şəxslər çox kiçik maaşla işləyirlər”. 
Manevr.az xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında 2025-ci ilin büdcə müzakirələri zamanı deyib.
“Mədəniyyət sahəsində çalışan insanların maaşlarında artım olacaqmı? Heç kimə sirr deyil ki, bu sahədə çalışan adamlarımız, aktyorlarımız, sənət adamlarımız, yazıçılarımız, rəssam və bəstəkarlarımız, kitabxana və muzey işçilərimiz çox kiçik bir maaşla çalışırlar. Həqiqətən bu insanlar çox fədakardır. Onlar bəzən öz işlərini atıb başqa işlə məşğul olurlar ki, gəlirlərini yaxşılaşdırsınlar. Gənclərin bu səbəbdən başqa istiqamətlərə yönəlməsi mədəniyyətimizin inkişafına mənfi təsir göstərir. Sənədli və bədii film çəkmək istədikdə texniki personal çatışmır. Düşünürəm ki, öz insan kapitalına sərmayə qoymalıyıq. 65 yaşa çatan müəllimlərimiz, kitabxana işçilərimiz, aktyorlarımız var. Onların təcrübəsindən yararlanmaq lazımdır. Vaxtilə elə aktyorlarımız olub ki, 85 yaşında teatr səhnəsinə çıxıb. Məncə bu, yaşla əlaqəli deyil. Düşünürəm ki, Əmək Məcəlləsinə yenidən baxmaq lazımdır. Mütləq yeni mexanizmlərin tapılması vacibdir”, – deyə Günay Əfəndiyeva bildirib.
Parlamentdəki müzakirələrdə iştirak edən maliyyə naziri Samir Şərifov mədəniyyət işçilərinin maaşlarının artırılıb-artırılmayacağına münasibət bildirib. O qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən hökumətə tapşırıq verilib ki, büdcədən maliyyələşən təşkilatlarda çalışanların əməkhaqqının artırılması məsələsinə baxılsın: “Bununla əlaqədar dövlət büdcəsində müəyyən vəsait nəzərdə tutulub. Yəqin ki, konkret qərarlar növbəti ildə qəbul ediləcək. Mədəniyyət təşkilatlarının əksəriyyəti dövlət büdcəsindən maliyyələşir. Yəqin ki, onlar da əhatə olunacaq”.

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar