Sizin Reklam Burada
Xəbər lenti
16-11-2024
15-11-2024
BÜTÜN XƏBƏRLƏR

"İşğal və təcavüz faktı olmasaydı, Azərbaycan yaşıl transformasiya fəaliyyətində daha böyük nailiyyətlər qazana bilərdi"

Tarix: 16-11-2024 18:40     Baxış: 325 A- / A+

İşğal və təcavüz faktı - Ermənistanın ölkəmizə qarşı 30 il ərzində törətdiyi əməllər olmasaydı, Azərbaycan bu gün yaşıl transformasiya fəaliyyətində və tədbirlərində daha böyük nailiyyətlərə imza atmış olardı.


Bu fikri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev COP29 çərçivəsində noyabrın 16-da Azərbaycan Televiziyasına açıqlamasında deyib.

Ermənistanın işğalçılıq siyasətinin Azərbaycanın yaşıl transformasiya siyasətinə maneələr yaratdığını, ölkəmizin resurs və hədəflərinin başqa istiqamətə doğru yönəldiyini vurğulayan Prezidentin köməkçisi qeyd edib:

"Torpaqlarımız işğaldan azad olunandan sonra Prezident İlham Əliyevin tapşırığı ilə Qarabağ və Şərqi Zəngəzur zonası sıfır atıq zonaları kimi bərpa edildi. Bununla da Azərbaycan özünün yaşıl transformasiya və bərpaolunan enerji resurslarının yaradılması siyasətinə daha böyük resurslar ayırmaq imkanı əldə etdi.

Bu, həmişə bizim gündəliyimizdə prioritet olub. Lakin işğal və təcavüz faktı aradan qaldırandan sonra Azərbaycan daha böyük imkanlarını bu seqmentə səfərbər etmək imkanı əldə etmiş oldu”.

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar