Xəbər lenti
Yeni ildə neçə gün iş olmayacaq?

2024-cü ilin dekabrın sonu və 2025-ci ilin yanvarın əvvəlində qeyri-iş günlərinin sayı məlum olub.
Manevr.az Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinin 5-ci hissəsinə istinadən xəbər verir ki, 2024-cü ilin dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və 2025-ci ilin yanvarın 1 və 2-si Yeni il bayramı ilə əlaqədar qeyri-iş günüdür.
2024-cü ilin dekabrın 30-u həftənin ilk gününə - bazar ertəsinə təsadüf edir. Dekabrın 31-də, 2025-ci ilin yanvarın 1 və 2-də, yəni 3 gün ardıcıl iş olmayacaq. 3 yanvar həftənin cümə günü, yəni iş günüdür. Ondan sonrakı günlər 4 və 5 yanvar isə şənbə-bazar, yəni istirahət günlərinə düşür.
Belə hallarda adətən Nazirlər Kabineti müvafiq qərar qəbul edir və iş və qeyri-iş günlərinin yeri dəyişilir.
Dekabrın 28 (şənbə günü), 29 (bazar günü), 31-i, 2025-ci ilin yanvarın 1 və 2-də iş olmayacaq. 30-u da həmin günlərə əlavə olunarsa, ardıcıl 6 gün qeyri-iş günü olacaq. Müvafiq qərarla 3 yanvar da qeyri-iş günləri sırasına daxil edilərsə, ardıcıl 9 günün qeyri-iş günü olması mümkündür.
Qeyd edək ki, məsələ ilə bağlı Nazirlər Kabinetindən hələ ki qərar verilməyib.bizimmedia
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar