Xəbər lenti
Milli Məclis növbədənkənar iclasa bu sənədləri çıxaracaq - SİYAHI

“Milli Məclisin növbədənkənar iclası iyunun 30-da keçiriləcək”.
Bunu Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu deyib.
A.Təvəkküloğlu əlavə edib ki, parlamentin növbədənkənar iclasının gündəliyinə 16 məsələ daxil edilib.
Gündəlikdə bir sıra qanunlara dəyişiklər də nəzərdə tutulur. Bunlar aşağıdakılardır:
“Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin və azad edilməsi haqqında” qanun layihəsi;
“Bakı Apelyasiya Məhkəməsi hakimlərinin təyin və azad edilməsi haqqında” qanun layihəsi;
“Gəncə Apelyasiya Məhkəməsi hakimlərinin təyin və azad edilməsi haqqında” qanun layihəsi;
“Sumqayıt Apelyasiya Məhkəməsi hakimlərinin təyin və azad edilməsi haqqında” qanun layihəsi;
“Şəki Apelyasiya Məhkəməsi hakimlərinin təyin və azad edilməsi haqqında” qanun layihəsi;
“Şirvan Apelyasiya Məhkəməsi hakimlərinin təyin və azad edilməsi haqqında” qanun layihəsi;
“Azərbaycan Respublikasnın 2017-ci il dövlət büdcəsi haqqında” qanuna dəyişiklik;
Su Məcəlləsində dəyişiklik;
Miqrasiya Məcəlləsinə dəyişiklik;
“İcra haqqında” qanuna dəyişiklik;
“Məişət zorakılığının qarşısının alınması haqqında” qanuna dəyişiklik;
“Reklam haqqında” qanuna dəyişiklik;
“Dövlət rüsumu haqqında” qanuna dəyişiklik;
“İşsizlikdən sığorta haqqında” qanun layihəsi 2-ci oxunuşda;
“Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna əlavələr;
"Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında" qanun layihəsi 2-ci oxunuşda.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Təqvim
« Oktyabr 2025 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | 31 |
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar