Sizin Reklam Burada
Xəbər lenti
22-02-2025
21-02-2025
BÜTÜN XƏBƏRLƏR

“Xankəndidə işləmək üçün qırğın gedir, niyə?" - Parlamentdə gərginlik

Tarix: 01-11-2024 13:11     Baxış: 459 A- / A+

"Hər il tibb universitetini nə qədər həkim bitirir. Niyə onlara təyinat vermirlər ki, gedib 2-3 il rayonda işləsinlər?"
Manevr.az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu deputat Aqil Abbas Milli Məclisin bu gün keçirilən iclasında bildirib.
"Bu gün Xankəndidə işləmək üçün qırğın gedir. Niyə? Çünki evlə təmin olunurlar, yaxşı maaş verilir. Bu, digər rayonlara da tətbiq edilsin. Tibb Universitetini bitirənlər təzədən DİM-də imtahan verməsinlər. Bu, universitetin diplomuna inanmamaqdan irəli gəlir. Tibb Universitetinin məzunlarına təyinat verilsin, lap məcburi qaydada rayonda işləsinlər". 
Sahibə Qafarova isə Aqil Abbasın fikirlərinə etirazını bildirib: "Aqil müəllim, dediklərinizin arxasında fakt yoxdur. Xahiş edirəm, rəsmi statistika təqdim edin. Səyyad müəllim də, siz də deyirsiniz ki, həkim yoxdur. Bunu rəsmi statistika ilə əsaslandırın".
Qeyd edək ki, deputat Səyyad Salahlı Azərbaycanda həkim çatışmazlığı olduğunu, onların maaşa görə işləməyə xaricə üz tutduğunu bildirib.
Deputat Əhliman Əmiraslanov qeyd edib ki, həmkarlarının dediklərində həqiqət var: "Çünki kadr çatışmazlığı doğrudan da var.
Bu, bizi narahat edən məsələdir. Bu məsələlər hamısı aktualdır. Lakin Azərbaycanda səhiyyənin tamamilə aşağı olması fikri ilə razılaşmıram.
İcbari Tibbi Sığorta işləyir, insanların İTS-dən məmnunluğu artır. Bunlar get-gedə artır. Lakin həmkarım Aqil Abbasın həkimlərin təyinatı ilə bağlı fikirlərinə aid deyə bilərəm ki, Azərbaycanda təyinat məsələsi var. Bu, rezidentura çərçivəsində olur".



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar