Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Paşinyan razılaşdı: Mirzoyan Bakıya gəlib bunları istəyəcək

Tarix: 30-10-2024 10:35     Baxış: 343 A- / A+


Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Bakıda keçiriləcək COP29 sammitində iştirak etmək niyyətindədir.
Manevr.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu iddia ilə “Hraparak” çıxış edib.
Qəzet yazır ki, Mirzoyan ötən gün hakim Mülki Müqavilə Partiyasının iclasında COP29-da iştirak etmək niyyətində olduğunu, Baş nazir Nikol Paşinyanın razılığı ilə Bakıya səfəri zamanı erməni diversantların danışıqlar çərçivəsində qaytarılmasını istəyəcəyini bildirib.
Məlumata görə, XİN başçısının haqqında danışdığı şəxslər separatçı liderlər deyil, sayları elə də çox olmayan bir neçə diversantdır. Lakin Mirzoyanın Bakıda sadəcə onların qaytarılması şərtini irəli sürəcəyi, bunu ciddi şəkildə tələb etməyəcəyi qeyd olunur. O, diversantlar qaytarılmasa belə, sammitə qatılıb bu məsələdə müzakirə aparacağını deyib.
Nəşr bildirir ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyan yaxın vaxtlarda diversantların ölkəyə qaytarılması ilə bağlı Azərbaycanla müzakirələrin ola biləcəyini desə də, dəqiq vaxt açıqlamayıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar