Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Hansı şərtdən danışılır? Mirzoyan gəlirsə, gəlsin, gəlmirsə...

Tarix: 30-10-2024 12:25     Baxış: 361 A- / A+


Ermənistan BMT-nin tədbirində iştirak üçün Bakıya gəlirsə gəlsin, gəlmirsə, dünəndən gəlməsin. Bakıya gəlməklə bağlı Ermənistan rəsmilərinin hansısa şərt qoymasından söhbət gedə bilməz. Bir daha deyirəm ki, COP29 - BMT-nin tədbiridir. Azərbaycan isə sadəcə ev sahibliyi edir.
Manevr.az-ın xəbərinə görə, bu sözləri Axar.az-a sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Ermənistanın XİN başçısı Ararat Mirzoyanın Bakıda keçiriləcək COP29 sammitində iştirakı ilə bağlı yayılan məlumatı şərh edərkən deyib.
O bildirib ki, COP29 tədbirində iştirak üçün hər hansı tələbin, istəyin olması məntiqə ziddir:
“Diversantların qaytarılması, yaxud digər mövzuları müzakirə etmək üçün yetərincə imkanlar var. İkitərəfli danışıqlarda bu mövzunu qaldıra bilərlər. Mirzoyan hansı əsasla COP29-a gəlməsi üçün belə bir şərt qoya bilər? 1998-ci ildə Azərbaycan AB-nin TRASEKA proqramı üzrə bir tədbirə ev sahibliyi edirdi. Müharibə şəraitinin davam etdiyi bir vaxtda - 1998-ci ildə Azərbaycana Ermənistanın baş naziri gəlib, tədbirdə iştirak etdi. Azərbaycan bu baxımdan təhlükəsizlik təmin edir. Ona görə də tədbirdə iştirakı hansısa “şərtlə” əlaqələndirmək olmaz. Ermənistan-Azərbaycan münasibətləri hansısa şəkildə həll olunacaq. Amma BMT-nin tədbirinin buna nə aidiyyəti var? İndi hansısa Avropa ölkəsi də şərtlə gəlməlidir Bakıya? Məsələn, mən COP-a gəldim, qazı bir az ucuz sat? Bu nə məntiqdir?”
Qeyd edək ki, erməni mətbuatı Mirzoyanın Baş nazir Nikol Paşinyanın razılığı ilə COP29-da iştirak üçün Bakıya gələcəyi, ancaq burada “diversantların qaytarılması” məsələsini müzakirə edəcəyini yazıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar