Xəbər lenti
Hansı şərtdən danışılır? Mirzoyan gəlirsə, gəlsin, gəlmirsə...
Manevr.az-ın xəbərinə görə, bu sözləri Axar.az-a sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Ermənistanın XİN başçısı Ararat Mirzoyanın Bakıda keçiriləcək COP29 sammitində iştirakı ilə bağlı yayılan məlumatı şərh edərkən deyib.
O bildirib ki, COP29 tədbirində iştirak üçün hər hansı tələbin, istəyin olması məntiqə ziddir:
“Diversantların qaytarılması, yaxud digər mövzuları müzakirə etmək üçün yetərincə imkanlar var. İkitərəfli danışıqlarda bu mövzunu qaldıra bilərlər. Mirzoyan hansı əsasla COP29-a gəlməsi üçün belə bir şərt qoya bilər? 1998-ci ildə Azərbaycan AB-nin TRASEKA proqramı üzrə bir tədbirə ev sahibliyi edirdi. Müharibə şəraitinin davam etdiyi bir vaxtda - 1998-ci ildə Azərbaycana Ermənistanın baş naziri gəlib, tədbirdə iştirak etdi. Azərbaycan bu baxımdan təhlükəsizlik təmin edir. Ona görə də tədbirdə iştirakı hansısa “şərtlə” əlaqələndirmək olmaz. Ermənistan-Azərbaycan münasibətləri hansısa şəkildə həll olunacaq. Amma BMT-nin tədbirinin buna nə aidiyyəti var? İndi hansısa Avropa ölkəsi də şərtlə gəlməlidir Bakıya? Məsələn, mən COP-a gəldim, qazı bir az ucuz sat? Bu nə məntiqdir?”
Qeyd edək ki, erməni mətbuatı Mirzoyanın Baş nazir Nikol Paşinyanın razılığı ilə COP29-da iştirak üçün Bakıya gələcəyi, ancaq burada “diversantların qaytarılması” məsələsini müzakirə edəcəyini yazıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar