Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Böyük Azərbaycan Partiyasının bəyanatı: "Bu addım erməni lobbisinə açıq şəkildə xidmətin göstəricisidir"

Tarix: 26-10-2024 10:24     Baxış: 295 A- / A+


Avropa Parlamenti 24 oktyabrın 2024-cü ildə “Azərbaycanda vəziyyət, insan hüquqlarının və beynəlxalq hüququn pozulması və Ermənistanla münasibətlər” adlı qərəzli qətnamə qəbul edib.

Manevr.az xəbər verir ki, bununla bağlı Böyük Azərbaycan Partiyası bəyanat verib:


"Tarix boyu Azərbaycan xalqına qarşı xarici işğala, mədəni irsin dağıdılmasına, etnik təmizləməyə Avropa Parlamenti nəinki göz yummuş, hətta işğalçı Ermənistanın beynəlxalq hüquqa zidd əməllərinə dəstəkçi tərəf olmaqdan çəkinməmişdir.

Azərbaycan xalqı böyük mənada öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra Avropa Parlamenti Azərbaycana qarşı qərəzli əməllərini daha da artırmışdır.

Avropa Parlamentinin qəbul etdiyi növbəti qərəzli qətnamə COP29 ərəfəsində Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasından başqa bir şey deyil. Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinə, mədəni irsin dağıdılmasına, insanların öz ata-baba yurdlarına qayıtmağa imkan verməməsinə susan Avropa Parlamentinin bu addımı erməni lobbisinə açıq şəkildə xidmət etməsinin göstəricisidir.

Böyük Azərbaycan Partiyası yuxarıda göstərilənləri nəzərə alaraq, Avropa Parlamentinin Azərbaycana qarşı 24.10.2024-cü il tarixində qəbul etdiyi qətnaməni qərəzli, həqiqəti əks etdirməyən, bölgədə sülhün yaradılmasına mane olan bir kağız parçası hesab edir və bunun heç bir hüquqi qüvvəyə malik olmadığını bəyan edir", bəyanatda deyilir.


BAP Mətbuat Xidməti



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar