Xəbər lenti
“Hərbi Prokurorluq tərəfindən Heydər Əliyev ideyalarının Azərbaycan Silahlı Qüvvələrində təbliği təqdirəlayiqdir”
Mövzu ilə bağlı Manevr.az-a açıqlama verən millət vəkili Asim Mollazadə orduda Heydər Əliyev ideyalarının təbliğinin mühüm əhəmiyyətə malik olduğunu bildirib:
“Azərbaycan Silahlı Qüvvələrində Ulu öndər Heydər Əliyevin ideyalarının təbliği olduqca mühüm önəm kəsb edir. Bu, gənclərimizin milli-mənəvi dəyərlərə, tariximizə, soykökümüzə, azərbaycançılıq ideyasına daha dərindən bağlanması, gənclərimizin vətənpərvərlik tərbiyəsinin güclənməsi baxımından olduqca əhəmiyyətlidir. Unutmaq olmaz ki, Heydər Əliyev ideyaları Azərbaycana sevgi, Azərbaycana məhəbbət, Azərbaycan naminə fədakarlıq deməkdir. Bu ideyaların nüvəsini təşkil edən ən müqəddəs, ən ali dəyər doğma Azərbaycanımız, onun təhlükəsizliyi və çiçəklənməsidir.
Bu baxımdan Hərbi Prokurorluğun Silahlı Qüvvələrdə Heydər Əliyev ideyalarının təbliği istiqamətində atdığı hər bir addımı dəstəkləyir, bunu milli maraqlarımız, dövlətçilik mənafeyimiz və sağlam gələcəyimiz baxımından son dərəcə zəruri hesab edir, alqışlayıram”.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar