Xəbər lenti
Pənah Hüseyn yeni xalq hərəkatı yaradır - AÇIQLAMA

"Xalq Hərəkatının yaradılması ilə bağlı müxtəlif versiyalar, layihələr, mülahizələr, ssenarilər çızılır".
Manevr.az bildirir ki, bunu qaynarinfo-ya açıqlamasında Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn deyib.
Onun sözlərinə görə, hərəkatın yaradılması ilə bağlı təklif müxtəlif şəxslər tərəfindən irəli sürülüb:
"O cümlədən mənim də tərəfimdən irəli sürülən bir təklif var. Fikirimcə, indiki variantda ideoloji cəhətdən yaxın olan partiyaların bir mərkəzdə birləşməsi, assotiv birliklərinin yaradılması, siyasi partiyanın və yaxud da hansı partiyanın üzvü olmasından aslı olmayaraq milli, vətənpərvər və demokratik düşüncəli fərdlərin iştirak edəcəyi bir siyasi hərəkatın yaradılması kimi müəyyən təkliflər, ssenarilər gündəmə gətirilir. Fikirimcə, bu məsələ prosesin gedişi ərəfəsində özünün hansısa gerçək formasını tapacaq".
Pənah Hüseyn Azərbaycanda siyasi mühitün canlanacağına şübhə etmədiyini vurğulayıb:
"Proseslərin hansı şəkildə gedəcəyini bir qədər gözləyək. Hələlik bununla bağlı xeyli dərəcədə təşəbbüslər var".
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar