Xəbər lenti
“Qərbi Azərbaycan torpaqlarına da qayıdış olacaq” - Müşfiq Məmmədli

Manevr.az bildirir ki, bu fikirləri millət vəkiliMüşfiq Məmmədli səsləndirib.
Müşfiq Məmmədli qeyd edib ki, Aşıq Ələsgərin ömür yolu Azərbaycanın qədim torpaqları olan Göyçə mahalında başlayıb və onun yaradıcılığı bu gün də xalqımızın qəlbində əvəzsiz izlər buraxmaqdadır. Lakin erməni vandalizmi nəticəsində o, doğma torpaqlarını tərk etməyə məcbur qaldı. Göyçə mahalına olan sevgisi 97 yaşında olmasına baxmayaraq, onu yenidən doğma yurduna qayıtmağa vadar etdi. Bu, millətimizin torpağa, Vətənə bağlılığını göstərir.
“XX əsrdə üç deportasiyaya məruz qalan Azərbaycan xalqı bu ədalətsizliklərə baxmayaraq, öz dədə-baba torpaqlarına qayıtmaq əzmini itirməyib. Qarabağın işğaldan azad olunması bu iradənin ən bariz nümunəsidir. Prezident İlham Əliyevin vurğuladığı kimi, xalq-iqtidar birliyi və Azərbaycan xalqının sarsılmaz ruhu bu Zəfəri mümkün etdi. Biz inamla deyə bilərik ki, Qərbi Azərbaycan torpaqlarına da eyni qayıdış baş verəcək, çünki xalqımızın bu məsələdəki iradəsi sarsılmazdır”, – deyə millət vəkili əlavə edib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar