Xəbər lenti
Xanlar Vəliyev: "Azərbaycanın uğurlarını şərtləndirən sarsılmaz Prezident-Xalq birliyidir..."

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən mükəmməl siyasət sayəsində dövlətimizin sürətlə qüdrətlənməsi, iqtisadiyyatımızın durmadan güclənməsi prokurorluğa kifayət qədər maddi vəsait ayrılmasına rəvac vermişdir ki, bu da maddi təminatın, eləcə də işçilərin sosial müdafiəsinin daha da güclənməsinə zəmin yaratmışdır. Ölkə rəhbərinin 27 sentyabr 2008-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı" prokurorluğa olan dövlət qayğısının növbəti əyani sübutudur. "Prokurorluq işçilərinin sosial müdafiəsini gücləndirmək və prokurorluq orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Prokurorluğunun xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2021-ci il tarixli Fərmanı bunun növbəti bariz nümunəsi olmaqla, işçilərin fəaliyyətinin stimullaşdırılmasına, nəticədə işin səmərəliliyinin artırılmasına rəvac vermişdir. Təsadüfi deyildir ki, Hərbi Prokurorluğun və işçilərinin fəaliyyəti ilə bağlı vətəndaşların minnətdarlığını ifadə edən məktubların sayı durmadan artmaqdadır", bunu Hərbi prokuror Xanlar Vəliyev bu gün "Respublika" qəzetində dərc edilmiş məqaləsində demişdir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar