Sizin Reklam Burada
Xəbər lenti
04-10-2024
03-10-2024
BÜTÜN XƏBƏRLƏR

Xanlar Vəliyev: "Səkkiz ay ərzində qeydə alınmış cinayətlərin 98, o cümlədən bəzi qəbildən olan cinayətlərin 100 faizi açılmışdır"

Tarix: 01-10-2024 10:41     Baxış: 345 A- / A+

2023-cü ilin 8 ayı ilə müqayisədə, 2024-cü ilin eyni dövründə qeydə alınmış cinayətlər ümumilikdə 24,7 %, hərbi xidmət əleyhinə olan cinayətlər 25,9 %, qeyri-hərbi cinayətlər isə 23,4 % azalmışdır. Eyni zamanda, Özünü öldürmə həddinə çatdırma cinayətləri 82,4 %; Fərarilik cinayətləri 93,3%; Tabelikdə olan hərbi qulluqçuya qarşı zorakı hərəkətlər cinayətləri 28,1%; Hərbi xidmətdən yayınma cinayətləri 34%; Maşınları idarəetmə və istismar qaydalarını pozma cinayətləri 83,3%; Odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələb etmə cinayətləri 30,8%; Silahla və ətrafdakılar üçün yüksək təhlükə törədən əşyalarla davranış qaydalarını pozma cinayətləri 50%; Xuliqanlıq cinayətləri 75%; Rüşvət alma (passiv rüşvətxorluq) və Rüşvət vermə (aktiv rüşvətxorluq) cinayətləri isə 59,7% azalmışdır.
Manevr.az xəbər verir ki, bu sözləri Hərbi prokuror Xanlar Vəliyev bu gün "Respublika" qəzetində dərc edilmiş məqaləsində demişdir.

"Əvvəlki dövrlərdə olduğu kimi, bu ilin də keçən dövrü ərzində Hərbi Prokurorluq orqanlarının fəaliyyəti səmərəli olmuş, qarşıya qoyulan məqsədlərə nail olmaq üçün əməkdaşlar əzmlə çalışmışlar. Cinayət işlərinin başlanmasının qanuniliyinə və əsaslılığına xüsusi diqqət yetirilməsi, icraatda olan işlər üzrə bütün halların hərtərəfli, tam və obyektiv araşdırılması istiqamətində həyata keçirilmiş səmərəli fəaliyyət, düzgün qurulmuş istintaq metodikası və taktikası, səriştəli aparılan istintaq hərəkətləri, tələb edilən səviyyədə prosessual rəhbərlik, eləcə də işçilərin peşəkarlığı və zəhməti sayəsində ötən səkkiz ay ərzində qeydə alınmış cinayətlərin 98, o cümlədən bəzi qəbildən olan cinayətlərin 100 faizi açılmışdır", Xanlar Vəliyev vurğulayıb.


Nigar Nəriman

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar