Sentyabr ayının 23-də yeddinci çağırış Azərbaycan Milli Məclisinin ilk iclası keçirilib və deputatlar öz səlahiyyətlərinin icrasına başlayıblar. Xəbər lenti
Bu deputatlar mandatlarından məhrum edilə bilərlər – Adlar
Sentyabr ayının 23-də yeddinci çağırış Azərbaycan Milli Məclisinin ilk iclası keçirilib və deputatlar öz səlahiyyətlərinin icrasına başlayıblar.Bəzi deputatlar Milli Məclisdəki fəaliyyətlərinə paralel olaraq sahibkarlıq fəaliyyəti ilə də məşğul olurlar.
Qeyd edək ki, Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin 1-ci hisssəsində deputatın hansı hallarda mandatından məhrum ediləcəyi göstərilib. Konstitusiyanın 89-cu maddəsinin 1-ci hisssəsinin 4-cü bəndində açıq şəkildə yazılır ki, deputat dövlət orqanlarında vəzifə tutduqda, din xadimi olduqda, sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla) mandatından məhrum edilir.
Dövlət Vergi Xidmətinin məlumatına görə, 46 saylı Sumqayıt beşinci seçki dairəsindən deputat seçilən Akimova Elnarə Seydulla qızı (VÖEN -2902851642) və 87 saylı Qobustan-Şamaxı-İsmayıllı seçki dairəsindən deputat seçilən Seyidzadə Şahin Kamil oğlu (VÖEN – 1700147382) hal-hazırda aktiv vergi ödəyicisi (fərdi sahibkar) hesab olunurlar.
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər

Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































