Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan restoranında İFTARDAN kütləvi ZƏHƏRLƏNMƏ

Tarix: 20-06-2017 14:28     Baxış: 1301 A- / A+
 Azərbaycan restoranında
28 mall-da yerləşən restoranların birində zəhərlənmə faktı qeydə alınıb.
19 iyun tarixində iftar süfrəsində zəhərlənmə hadisəsi baş verib.
Belə ki, Nailə Əmrullayeva nəvəsi və gəlini ilə 28 mall-da yerləşən, “Pak Dad”, “Manqal” şəbəkəsinə məxsus olan “Zirinc” restoranında iftar edərkən zəhərlənib. İftar süfrəsindən bir neçə saat sonra ailənin səhhəti pisləşib.
Nailə Əmrullayevanın verdiyi məlumata görə, iftar menyusuna daxil olan yeməklərin dadında turşluq hiss olunub:
“Axşam iftar etmək üçün 28 mall-ın 3-cü mərtəbəsində yerləşən “Zirinc” restoranına getdik. Gəlinim, nəvəm də yanımdaydı. Nəvəmin 3 yaşı var. Orada bizə dedilər ki, iftar menyumuz var, qiyməti də münasibdir. 8 manata olan iftar menyusu sifariş etdik. Qarabaşaq üstündə ət və rəngli bibərlə, mərci supu, toyuq salatı və paytaxt salatı gətirdilər. Yeyəndə qarabaşağın da bərkidiyini hiss etmək olurdu, paytaxt salatından da turş dad gəlirdi, yeməyi belə axıra qədər yeyə bilmədik. Artıq evə çatanda halımız pisləşdi. Gecə saat 3-ə qədər qaytarmışıq. Bu müqəddəs gündə istəmirik ki, bizim kimi inanclı insanlar iftar süfrəsindən zəhərlənsinlər”.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Big.az-a açıqlamasında bu kimi halları istehlakçılarının hüquqlarının kobud şəkildə pozulması kimi qiymətləndirib:
“Zirinc” restoranında, eləcə də digər restoranlarda müştərilərin zəhərlənməsi halları birbaşa olaraq istehlakçıların hüquqlarının pozulması hallarıdır və istehlakçılar belə olan təqdirdə istənilən kompensasiyanı tələb etmə haqqına malikdirlər. Lakin Səhiyyə Nazirliyi istehlakçıların hər hansısa bir məhsuldan zəhərlənməsi ilə bağlı rəy verməyəcək. Çünki Səhiyyə Nazirliyi əgər hər hansısa bir məhsuldan zəhərlənməni təsdiq etsə, həmin şirkət nazirliyin verdiyi sertifikatı götürüb qoyacaq nazirliyin masasına. Burada da bəzi maraqlar toqquşur. Lakin həmin ailə Azad İstehlakçılar Birliyinə müraciət etsə, biz onların hüquqlarının qorunması istiqamətində bəzi addımları ata bilərik. Ölkə başçısının bu ilin fevral ayında imzaladığı fərmanla “Qida Təhlükəsizlik Agentliyi”-nin yaradılması bu kimi neqativ halların qarşısını birdəfəlik alacaq. Nə qədər ki müstəqil ekspertiza yoxdur, bu kimi neqativ hallar baş alıb gedəcək. Əgər hər şey qanun çərçivəsində aparılsa, həmin şirkət onlara kompensasiya ödəməli və onların bütün müalicə və müayinə xərclərini qarşılamalıdır”.
“Zirinc” restoranı və digər restoranlar şəbəkəsinin meneceri isə məsuliyyətdən boyun qaçırdaraq onların məhsullarından zəhərlənmə faktının olmasını mümkünsüz adlandırdı.big.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar