Xəbər lenti
44 günlük savaş “Qarabağ Azərbaycandır!” deyimini tarixə həkk edən şanlı bir dastandır

Xalq olaraq Qarabağ Zəfərimizin başlamasınım 4-cü ildönümünü böyük qürur və həyəcanla qeyd edirik. Qarabağ dastanının bütün qəhrəmanlarını bir daha rəhmət və ehtiramla yad edirik. Bu münasibətlə Birinci Qarabağ müharibəsində, Aprel döyüşlərində, terrorla mübarizədə və digər bütün hallarda vətəni və bayrağı uğrunda canlarını fəda edən şəhidlərimizə Allahdan rəhmət diləyirik.
Düşmənlərimiz və onların havadarları tərəfindən otuz il sərasər möhkəmləndirilən və bəlkə də dünyanın ən güclü hərbi istehkamlarından biri sayılan keçmiş işğal zonasındakı cəbhə xətti sadiq qəlblər, gəncəcik oğullarımız tərəfindən darmadağın edildi. Qarabağ Zəfəri təpədən dırnağa kimi silahlanmış düşməni diz çökdürən, “Qarabağ Azərbaycandır!” deyimini tarixə həkk edən şanlı bir dastandır. Qəhrəman əsgərlərimizin inamı və əzmi, millətimizin ən yüksək fədakarlığı ilə Qarabağda əldə edilən bənzərsiz uğur Dövlət Suverenliyimizə zəfər gətirəcək tarixə qızıl hərflərlə yazıldı. Burada apardığı bənzərsiz mübarizə ilə Azərbaycan milləti bütün işğala məruz qalanların ümidinə çevrildi və bir çox ölkələr Azərbaycan Ordusunun keçdiyi döyüş yolunu dərsliklərdə öyrənməyə başladı.

Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar