Xəbər lenti
44 günlük savaş “Qarabağ Azərbaycandır!” deyimini tarixə həkk edən şanlı bir dastandır
Tural Vəlizadə
Xalq olaraq Qarabağ Zəfərimizin başlamasınım 4-cü ildönümünü böyük qürur və həyəcanla qeyd edirik. Qarabağ dastanının bütün qəhrəmanlarını bir daha rəhmət və ehtiramla yad edirik. Bu münasibətlə Birinci Qarabağ müharibəsində, Aprel döyüşlərində, terrorla mübarizədə və digər bütün hallarda vətəni və bayrağı uğrunda canlarını fəda edən şəhidlərimizə Allahdan rəhmət diləyirik.
Düşmənlərimiz və onların havadarları tərəfindən otuz il sərasər möhkəmləndirilən və bəlkə də dünyanın ən güclü hərbi istehkamlarından biri sayılan keçmiş işğal zonasındakı cəbhə xətti sadiq qəlblər, gəncəcik oğullarımız tərəfindən darmadağın edildi. Qarabağ Zəfəri təpədən dırnağa kimi silahlanmış düşməni diz çökdürən, “Qarabağ Azərbaycandır!” deyimini tarixə həkk edən şanlı bir dastandır. Qəhrəman əsgərlərimizin inamı və əzmi, millətimizin ən yüksək fədakarlığı ilə Qarabağda əldə edilən bənzərsiz uğur Dövlət Suverenliyimizə zəfər gətirəcək tarixə qızıl hərflərlə yazıldı. Burada apardığı bənzərsiz mübarizə ilə Azərbaycan milləti bütün işğala məruz qalanların ümidinə çevrildi və bir çox ölkələr Azərbaycan Ordusunun keçdiyi döyüş yolunu dərsliklərdə öyrənməyə başladı.

Qarabağ Zəfəri bir millət olaraq əbədi qardaşlığımızı ifadə etdiyi qədər, bölgəmizin də ortaq taleyini əks etdirir və simvollaşdırır. Bu məmləkətin gələcək övladlarının cəsur əsgər və zabitlərimizin verdiyi fədakarlıqlardan, birlik və bərabərlikdən, Qarabağda apardıqları ağır mübarizələrdən öyrənəcəkləri çox şey var. Bu düşüncələrlə Qarabağ Zəfərinin başlamasının 4-cü ildönümünü və qəhrəman şəhidlərimizi sonsuz ehtiramla anır, 27 sentyabrda başlanan müqəddəs savaşda Vətən uğrunda canını fəda edən bütün şəhidlərimizi və bütün qəhrəmanlarımızı rəhmət və ehturamla yad edirik. Ruhları şad olsun!
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar