Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Yeddinci çağırış Milli Məclisin ilk iclası keçirildi

Tarix: 23-09-2024 20:15     Baxış: 362 A- / A+



Sentyabrın 23-də Yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib.
İclasın əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səslənib.
Sonra Prezident İlham Əliyev geniş nitq söyləyib. Prezident Milli Məclisin üzvlərini Yeddinci çağırış Milli Məclisin fəaliyyətə başlaması münasibəti ilə təbrik edib, onlara uğurlar arzulayıb.
Sonra Milli Məclisin ən qocaman deputatı kimi iclasa sədrlik edən Ziyad Səmədzadə Yeddinci çağırış Milli Məclisin ilk iclasını açıq elan edib.
Ziyad Səmədzadə Milli Məclisə üzv seçildiklərinə görə deputatları təbrik edib və Yeddinci çağırış Milli Məclisə seçilmiş deputatların siyahısını oxuyub.
Sonra deputat Ziyad Səmədzadə bildirib ki, Milli Məclisin Daxili Nizamnaməsinin müvafiq maddələrinə əsasən, iclasın gündəliyinə 9 məsələ daxildir. Bunlar - Milli Məclisin Hesablayıcı komissiyasının yaradılması, Milli Məclisin sədrinin və sədr müavinlərinin seçilməsi, İntizam komissiyasının yaradılması, Milli Məclisin komitə sədrlərinin və sədr müavinlərinin seçilməsi ilə bağlı məsələlərdir.
İclasın gündəliyi təsdiq olunub.
Sahibə Qafarova gizli səsvermə nəticəsində Milli Məclisin sədri vəzifəsinə seçilib.
Milli Məclisin sədri Sahibə Qafarova iclasda çıxış edib.
Daha sonra Milli Məclis sədrinin birinci müavini və müavinlərinin seçilməsi məsələsinə baxılıb. Sahibə Qafarova Milli Məclis sədrinin birinci müavini vəzifəsinə deputat Əli Əhmədovun namizədliyini təklif edib. Açıq səsvermə yolu ilə Əli Əhmədov Milli Məclis sədrinin birinci müavini seçilib.
Bunun ardınca Milli Məclis sədrinin müavinlərinin seçilməsi məsələsinə baxılıb. Səsvermə nəticəsində Ziyafət Əsgərov, Musa Qasımlı və Rafael Hüseynov spikerin müavinləri seçiliblər.
Parlamentin sədri Sahibə Qafarova gündəliyin növbəti məsələsinin Milli Məclisin İntizam Komissiyasının yaradılması olduğunu bildirib. O, İntizam komissiyasının tərkibinə deputatlar Kamal Cəfərov, Afət Həsənova, Məlahət İbrahimqızı, Eldar İbrahimov, Kamaləddin Qafarov, Nəsib Məhəməliyev, Hikmət Məmmədov, Məşhur Məmmədov, Asim Mollazadə, Səttar Möhbalıyev və Nizami Səfərovun namizədliklərini təklif edib. Komissiyanın tərkibi səsə qoyularaq qəbul edilib.
İclasda deputat Əli Hüseynli Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin, Arzu Nağıyev Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin, Zahid Oruc İnsan hüquqları komitəsinin, Sadiq Qurbanov Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin, Azər Əmiraslanov İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin, Tahir Rzayev Aqrar siyasət komitəsinin, Musa Quliyev Əmək və sosial siyasət komitəsinin, Əhliman Əmiraslanov Səhiyyə komitəsinin, Hicran Hüseynova Ailə, qadın və uşaq məsələləri komitəsinin, Şahin İsmayılov Gənclər və idman komitəsinin, Fazil Mustafa İctimai birliklər və dini qurumlar komitəsinin, Siyavuş Novruzov Regional məsələlər komitəsinin, Anar İsgəndərov Elm və təhsil komitəsinin, Polad Bülbüloğlu Mədəniyyət komitəsinin, Səməd Seyidov Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədrləri təsdiq ediliblər.
Sahibə Qafarova gündəliyin sonuncu məsələsinin Milli Məclisin komitələrinin sədr müavinlərinin seçilməsi haqqında olduğunu söyləyib.
Sonra Deputat Elşən Musayev Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin, Qüdrət Həsənquliyev Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin, Arzuxan Əlizadə İnsan hüquqları komitəsinin, Fatma Yıldırım Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin, Azər Badamov İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin, Razi Nurullayev Aqrar siyasət komitəsinin, Elşad Musayev Əmək və sosial siyasət komitəsinin, Rəşad Mahmudov Səhiyyə komitəsinin, Jalə Əliyeva Ailə, qadın və uşaq məsələləri komitəsinin, Könül Nurullayeva Gənclər və idman komitəsinin, Sahib Alıyev İctimai birliklər və dini qurumlar komitəsinin, Nurlan Həsənov Regional məsələlər komitəsinin, Fariz İsmayılzadə Elm və təhsil komitəsinin, Günay Əfəndiyeva Mədəniyyət komitəsinin, Nigar Arpadarai Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavinləri təsdiq ediliblər.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar