Sizin Reklam Burada
Xəbər lenti
26-09-2025
25-09-2025
BÜTÜN XƏBƏRLƏR

Qubada şəhidin anım günü keçirilib

Tarix: 22-09-2024 13:16     Baxış: 3289 A- / A+

19 sentyabr 2023-cü ildə Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı Ermənistan ordusunun tör-töküntülərinə və separatçılara ağır zərbələr vuruldu. Düşmənin qüdrətli ordumuzun qarşısında 23 saat 43 dəqiqə dayanmağa gücü çatdı. Ağır itkilər verən işğalçılar ağ bayraq qaldıraraq təslim oldular. Ordumuzun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı hərbi qulluqçularımız böyük igidlik və qəhrəmanlıq göstərdilər. 19 sentyabrda uğurla həyata keçirilən bu tədbirlər nəticəsində Qarabağda erməni separatizminə son qoyuldu.


Düşmənə qarşı keçirilən antiterror əməliyyatında qəhrəmancasına həlak olan igidlərimizdən biri də Tapdıq Namiq oğlu Bayramov olmuşdur.
Quba rayonunun Qonaqkənd kənd sakini, bir il bundan öncə həyata keçirilən antiterror əməliyyatları zamanı qəhrəmanlıqla döyüşərək şəhid olmuş, xüsusi təyinatlıların zabiti Tapdıq Namiq oğlu Bayramovun doğma kəndində anım mərasimi keçirilib. Anım mərasimində Milli Məclisin deputatı Müşfiq Məmmədli, şəhidin doğmaları, kənd sakinləri iştirak edib, şəhidin ruhuna dualar oxunub, əzizlərinə bir daha başsağlığı və təskinlik verilib. 
Allah rəhmət eləsin.

Natəvan Qocayeva
Manevr.az





Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar