Xəbər lenti
Qubada şəhidin anım günü keçirilib
19 sentyabr 2023-cü ildə Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı Ermənistan ordusunun tör-töküntülərinə və separatçılara ağır zərbələr vuruldu. Düşmənin qüdrətli ordumuzun qarşısında 23 saat 43 dəqiqə dayanmağa gücü çatdı. Ağır itkilər verən işğalçılar ağ bayraq qaldıraraq təslim oldular. Ordumuzun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı hərbi qulluqçularımız böyük igidlik və qəhrəmanlıq göstərdilər. 19 sentyabrda uğurla həyata keçirilən bu tədbirlər nəticəsində Qarabağda erməni separatizminə son qoyuldu.
Düşmənə qarşı keçirilən antiterror əməliyyatında qəhrəmancasına həlak olan igidlərimizdən biri də Tapdıq Namiq oğlu Bayramov olmuşdur.
Quba rayonunun Qonaqkənd kənd sakini, bir il bundan öncə həyata keçirilən antiterror əməliyyatları zamanı qəhrəmanlıqla döyüşərək şəhid olmuş, xüsusi təyinatlıların zabiti Tapdıq Namiq oğlu Bayramovun doğma kəndində anım mərasimi keçirilib. Anım mərasimində Milli Məclisin deputatı Müşfiq Məmmədli, şəhidin doğmaları, kənd sakinləri iştirak edib, şəhidin ruhuna dualar oxunub, əzizlərinə bir daha başsağlığı və təskinlik verilib.
Allah rəhmət eləsin.Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar