Sizin Reklam Burada
Xəbər lenti
18-01-2025
17-01-2025
BÜTÜN XƏBƏRLƏR

Suverenlik Günün mübarək, Azərbaycan!

Tarix: 20-09-2024 10:45     Baxış: 2213 A- / A+

    Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə rəşadətli Ordumuzun Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə cəmi 23 saat davam etmiş və sentyabrın 20-də başa çatmış antiterror əməliyyatı Vətənin azadlığı ilə yanaşı, Azərbaycan Respublikasının Dövlət Suverenliyinin təmin edilməsi demək idi. 
Üç il əvvəl Füzulidən və Murov silsiləsindən Qarabağa yayılan mübarizə ruhu ilə Azərbaycan xalqının üzərindən qara buludlar götürülmüşdü. Lakin Xankəndi başda olmaqla Qarabağın göbəyində quldur yuvası qalmaqda idi. Azərbaycan xalqı otuz il ərzində yüksək bir fədakarlıq əxlaqı ilə müqəddəs varlığını və tarixi haqlarını müdafiə etmiş, bu çərçivədə əleyhimizə olan müzakirələri, milli maraqlara zidd təklifləri cəsarətlə rədd etmişdir. Bütün çətinlikləri birlik və bərabərliklə dəf etmək şüarını öz üzərinə götürmüş sevimli xalqımızdan aldığı güclə vətən uğrunda böyük mübarizələr aparan Qəhrəman Ordumuz isə üç il ərzində tarixə qızıl hərflərlə həkk olunmuş qələbələr qazandı. Azərbaycan milləti, Azərbaycan dövləti qaranlıqların ən qaranlıq anında öz parlaq gələcəyini xəyaldan gerçəyə çevirdi. Sentyabrın 20-də əldə olunan bu Zəfər ilə Azərbaycan xalqı bağrına saplanan quldur yuvasını silib ataraq müstəqilliyindən nəyin bahasına olursa olsun güzəştə getməyəcəyini bütün dünyaya bəyan etdi. Tarixdəki bütün qələbələrimiz kimi, 20 sentyabrın arxasında da gözünü qırpmadan canlarını fəda edən igidlərimizin şücaəti dayanır. Xalqımız öz müstəqilliyi və gələcəyi, ürəyində əziz tutduğu vətəni uğrunda dünən necə idisə, o gün də eyni fədakarlığı, şücaəti göstərməyə hazır idi. Azərbaycan Silahlı Qüvvələrinin milli varlığımızı qorumaq üçün apardığı şərəfli mübarizə bunun ən bariz sübutudur.
Böyük Zəfərdən aldığımız ilham və cəsarətlə Azərbaycanımızı daha işıqlı, daha firavan gələcəyə aparmaq üçün mübarizəmizi davam etdirməliyik. İnanıram ki, ölkəmizə güvənən dostlarımızın dəstəyi, sevimli millətimizin müdrikliyi ilə bundan dörd il və bir il əvvəl olduğu kimi müqəddəs mübarizəmizi yeni zəfərlərlə taclandıracağıq. Cənab Prezidentimiz tərəfindən hər il sentyabrın 20-nin Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd edilməsi haqda Sərəncam xalqımızın şanlı tarixinin qızıl halqalarından biri olan 19-20 sentyabr 2023-cü il Zəfərinə verilən önəm, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimizə diqqətin bariz nümunəsidir. Şəhidlərimizin ruhu şad olsun! 20 sentyabr – Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü mübarək olsun!

Tural Akif oğlu Vəlizadə
Milli Müdafiə Universitetinin əməkdaşı.


Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar