Xəbər lenti
2023-cü il antiterror tədbirləri: Növbəti Zəfər salnaməsidir – Aqil Məmmədov

2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən Müharibəsi nəticəsində Müzəffər Azərbaycan Ordusu 30 il Ermənistanın işğalında olan ərazilərimizi azad etdi. İşğalçı Ermənistan ordusu döyüş meydanında məğlub olaraq kapituliyasiya aktına imza atmağa məcbur oldu. Qalib Azərbaycan Ordusu 44 günlük Zəfər yürüşündə 30 il Ermənistanın işğalında qalan 300-dən çox yaşayış məntəqəsini azad etməklə tarixi Zəfərə imza atıb. 2020-ci ilin 10 noyabrında Azərbaycan Prezidenti Müzəffər Ali Baş Komandan İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli bəyanat imzalandı. Məğlub ölkə kimi Ermənistan bu razılaşma ilə öz üzərinə öhdəliklər götürdü. Amma buna baxmayara Ermənistan tərəfi növbəti dəfə öz xislətinə uyğun olaraq üzərinə götürdüyü öhdəliklərdən boyun qaçırdı.
Manevr.az bildirir ki, bunu VI çağırış Milli Məclisin deputatı, YAP təmsilçisi Aqil Məmmədov deyib.
O qeyd edib ki, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistan üç il ərzində öz silahlı qüvvələrini, canlı qüvvəsini və texnikasını Azərbaycan ərazisindən çıxarmayıb: “II Qarabağ müharibəsindən dərhal sonra Azərbaycan haqlı narahatlığını ifadə edərək dəfələrlə Ermənistan rəhbərliyinə, onların xaricdəki havadarlarına və digər tərəflərə müraciət edərək Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisində qalmasının qanunsuz olduğunu bəyan edib. Çünki qanunsuz erməni silahlı birləşmləri Azərbaycan ərazisində mövcud olduğu dövrdə terror-təxribat aktları icra etmiş, mina terroru kimi ağır cinayətlərə əl atmışdır. Eyni zamanda II Qarabağ müharibəsindən sonra məqsədyönlü şəkildə Azərbaycana qarşı terror aktlarını həyata keçirmək üçün 2021-ci ildə Ermənistanda istehsal olunmuş minalardan istifadə olunmaqla təxribatlar törədilib. Laçın sərhəd-buraxılış məntəqəsi qurulmayana qədər İkinci Qarabağ müharibəsindən sonra Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz olaraq minalar gətirilmiş və müxtəlif yerlərdə basdırılıb. Müharibədən sonra Azərbaycan dəfələrlə Ermənistana davamlı sülh üçün çağırışlar etsə də Ermənistan tərəfi hər dəfə danışıqlardan boyun qaçırıb. Həmçinin bununla da kifayətlənməyərək Ermənistan suveren Azərbaycan ərazilərində silahlı təxribatlarını davam etdirib. 2021-ci ildə Azərbaycan və Ermənistanda sərhəd delimitasiyası üzrə işçi qrupu yaradılsa da danışıqlar böhran və bölgədə ara-sıra baş verən silahlı toqquşmalarla müşahidə olunub. Nəticədə 2021-ci ilin noyabrında sərhəddə birinci silahlı toqquşma baş verib. Müharibədən sonra ən qanlı toqquşma isə 2022-ci ilin sentyabrında sərhəddə olub. 2023-cü ilin martında isə Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri Şuşa istiqamətində təxribatlar törədib. Həmin ilin aprel-may aylarında isə şərti dövlət sərhədi istiqamətində Azərbaycan Ordusunun mövqeləri erməni silahlı qüvvələri tərəfindən atəşə tutulub. Sözsüz ki, separatçıların Qarabağda qeyri-qanuni fəaliyyətlərinə qarşı Azərbaycan cəmiyyətində də etirazlar mövcud idi. Bu xüsusda bir-sıra vətəndaş cəmiyyəti nümayəndələrinin və ekologiya fəallarının Şuşa-Laçın yolunda bir müddət etiraz aksiyasının keçirilməsi də bunun bariz nümunəsi idi. Çünki Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri Azərbaycan ərazilərindəki faydalı qazıntı yataqlarının qeyri-qanuni şəkildə istismar olunması, bu zaman ekoloji normalara əməl edilməməsi və təbii sərvətlərin Ermənistana daşınması, Azərbaycan ictimaiyyətinin haqlı narazılığına səbəb olmuşdu”.

Aqil Məmmədov bildirib ki, Azərbaycan Respublikasının qanunlarına və beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq erməni əsilli şəxslərin təhlükəsizliyi, onların sosial, təhsil, tibbi, dini və digər obyektlərin mühafizə və müdafiəsi təşkil olunub: “Qadınlar, uşaqlar, qocalar, habelə fiziki məhdudiyyətli şəxslər və xəstələrə lazımi tibbi və digər yardımlar göstərilib. Dəfələrlə Azərbaycan nümayəndələrilə görüşdən imtina edən Qarabağda yaşayan erməni icmasının nümayəndələri bir günlük antiterror tədbirlərindən sonra Yevlax şəhərində görüşməyə məcbur oldu. Görüşdə separatçı rejimin ləğvi, Qarabağda yaşayan erməni sakinlərin reinteqrasiya məsələləri müzakirə edilib. Eyni zamanda, Qarabağın erməni əhalisinə Azərbaycanın təklif etdiyi reinteqrasiya şərtləri ilə tanış olmaq, regionda qalıb-qalmamaq barədə müstəqil qərar vermək imkanları yaradılıb. 2023-cü ilin sentyabrın 28-də Qarabağın separatçı rejiminin rəhbəri Samvel Şahramanyan qondarma rejimin ləğvi ilə bağlı sənəd imzalayıb. Beləliklə, 24 saatdan az müddətdə həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz yerləşən Ermənistan ordusu tam şəkildə tərksilah edilərək, ölkəni tərk etdi. Qarabağda qeyri-qanuni xunta rejimi ləğv edildi, separatçıların əsas rəhbərləri həbs edildi və Azərbaycan öz dövlət suverenliyini tam təmin olundu. Azərbaycanın Zəfər tarixi Xankəndi, Xocalı, Ağdərə, Xocavənd, Əsgəranda üçrəngli bayrağımızın yüksəldilməsi, ərazi bütövlüyümüzün tam bərpası ilə yekunlaşdı. 44 günlük Vətən müharibəsində olduğu kimi, antiterror əməliyyatının nəticəsində də ölkədə fəaliyyət göstərən siyasi partiyalar Prezident, Müzəffər Ali Baş Komandan, İlham Əliyevi dəstəklədiyini bəyan etmişlər. Ölkədə fəaliyyət göstərən 23 siyasi partiya tərəfindən birgə Bəyanat qəbul olunub. Azərbaycanın siyasi partiyaları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, erməni silahlı birləşmələrinin təxribatlarının qarşısının alınması, işğaldan azad edilən torpaqlarımızda məskunlaşan minlərlə soydaşımızın təhlükəsizliyinin təmin olunması üçün həyata keçirdiyi siyasəti və verdiyi hərbi əmri dəstəklədiyini, onun ətrafında sıx birləşdiyini bəyan etmişdilər. Beləliklə, Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə tarximizin şanlı səhifəsini yazdı”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar